Lukaşenko Ukrayna və NATO-ya əzələ nümayiş etdirmək qərarına gəlib...

Lukaşenko Ukrayna və NATO-ya əzələ nümayiş etdirmək qərarına gəlib...

Belarus Ukrayna ilə sərhəddə qoşun toplayır

Rusiyalı hərbi ekspert Nikolay Sunqurovski Belarusun hərbi rəhbərliyinin Ukrayna və Polşa sərhəddinə qüvvələrin gödərilməsi barədə bəyanatını şərh edib.

Mediainfo.az xəbər verir ki, bu barədə hərbi proqramlar Mərkəzinin direktoru "OBOZREVATEL" internet nəşrinə müsahibəsində danışıb.

Sunqurovski qeyd edib ki, Rusiya və Belarus hakimiyyəti NATO- nun Şərqi və Mərkəzi Avropada fəaliyyətinin fəallaşdırmasına cavab olaraq öz müdafiəsini möhkəmləndirməyə cəhd edir.

Məlum olduğu kimi, mayın 1- də NATO orada "Avropanın müdafiəçisi" və "Tez cavab" adı altında hərbi təlimlərə başlayıb.

"Həm Ukrayna, həm də Polşa sərhədlərində qüvvə və vasitələrin artırılmasına gəldikdə, bunlar NATO- nun təlimlərilə bağlıdır.

Bu, əlbəttə ki, həm Belarusun, həm də Rusiyanın Alyans tərəfindən istənilən hərəkətlərə adi reaksiyasıdır- mühasirəyə alınmış qala vəziyyətini almaq cəhdidir", - hərbi ekspert qeyd edib.

Sunqurovski əmindir ki, əsgərləri sərhəddə göndərməklə və "ərazi müdafiəsi rayonlarının yoxlanılması" zərurətini elan etməklə, Belarus prezidenti Aleksandr Lukaşenko Kreml liderinin təkid etdiyi qərarların olmamasını kompensasiya edir.

Görünür, rusiyalı ekspert Kremlin "Moskva və Minskin vahid müdafiə məkanını formalaşdırılmaq və qərb sərhədlərinin müdafiəsi üzrə tədbirləri fəallaşdırmaq" niyyətini nəzərdə tutur.

Sunqurovski əmin edib ki, Belarus hakimiyyəti əvvəlkitək qoşunlarını ön cəbhəyə göndərmək niyyətində deyil.

"Belarusun üzdəniraq "xüsusi əməliyyat"da iştirakına gəlincə, bu barədə hər hansı qərar yoxdur", - hərbi ekspert deyib.

Xatırladaq ki, mayın 10- da Belarusun müdafiə nazirliyi Ukrayna Silahlı Qüvvələri və NATO- nun Belarusa hücumu təhlükəsi ilə əlaqədar olaraq "xüsusi əməliyyat qüvvələri bölmələrinin" Ukrayna və Polşa sərhəddində yerləşdirilməsi barədə elan edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az