ABŞ Senatında Putin "terrorizmi təzahür edən başkəsən" adlandırıldı...

ABŞ Senatında Putin "terrorizmi təzahür edən başkəsən" adlandırıldı...

"Dünyada terrorizmi, totalitarizmi və tiraniyanı təcəssüm edən kimsə varsa, o, Putindir"

Amerika Senatı Rusiyanı "terrorizmə sponsorluq edən dövlət" kimi tanınmasına dair qətnamə layihəsi qeydiyyatdan keçib. Dövlət Departamenti rəhbərinin adına ünvanlanan sənəd demokrat senator Riçard Blümental və respublikaçı senator Lindsi Qrem tərəfindın hazırlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ağ evin saytı məlumat verib.

Blümentalın sözlərinə görə, Putin başkəsən və xuliqandır və onu dayandırmasaq, gələcəkdə Avropa və dünya üçün təhlükə törədəcək. "Əgər terrorizmi, totalitarizmi və tiraniyanı təcəssüm edən kimsə varsa, o, Putindir", - demokrat vurğulayıb.

Öz növbəsində Qrem qeyd edib ki, hazırda terrorizmə sponsorluq edən dörd dövlət var, bunlar Kuba, Suriya, İran və Şimali Koreyadır.

"Biz bu siyahıya Rusiyanı daxil etməliyik ki, o da beşinci olsun. Bu ölkə onlarla birgə assosiasiya edilməlidir", - o, belə deyib.

Qətnamə layihəsində senatorlar Rusiya Federasiyasının sponsoru dəstəkləyən dövlət kimi tanınması üçün bir sıra əsasları müəyyən edib:

- "Vaqner" Özəl Hərbi Şirkətin bütün dünyada törətdikləri vəhşiliklər;

- Ukraynada müharibə zamanı törədilən hərbi cinayətlər;

-siyasi opponentlərin təqib edilməsi.

Terrorizmə sponsorluq edən dövlətlər dörd əsas kateqoriya sanksiyalar altına düşür:

- ABŞ tərəfindən xarici yardıma məhdudiyyət;

müdafiə məhsullarının ixracı və satışına qadağa qoyulması; ikiqat istifadə edilən malların ixracına nəzarət; müxtəlif maliyyə və digər məhdudiyyətlər, bunların çoxu Rusiyaya qarşı artıq tətbiq edilib.

Ağ evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, Dövlət Departamenti Rusiyanın müvafiq siyahıya salınması üçün meyarlara uyğun gəldiyini dəyərləndirməkdədir.

Xəbər verildiyi kimi, dünən Litva Seymi Rusiya Federasiyasının Ukraynada törətdikləri hərbi cinayətləri soyqırım, Rusiyanın özünü isə terrorçu dövlət adlandırıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az