Ukraynada Qafqaz Müsəlman Korpusu yaradılıb

Ukraynada Qafqaz Müsəlman Korpusu yaradılıb

Ukrayna Silahlı Qüvvələrinin nəzdində, Prezident Ofisi yanında özünü müdafiə hissəsi kimi Qafqaz Müsəlman Korpusu yaradılıb. Korpus Rusiyanın bu ölkəyə qəfil hücumundan sonra ölkədə yaşayan müsəlman etniklərin müraciəti əsasında yaradılıb. Rəsmi məlumatda bildirilir ki, yeni yaradılan korpusun əsas heyəti 2014-16 cı illərdə Donbasın işğalı zamanı vuruşan əsgərlərdir. Bildirilir ki, hazırda nəinki Qafqaz müsəlmanlarına mənsub Ukrayna vətəndaşları, o cümlədən tatarlar da daxil digər etnik millətlərə məxsus Ukraynada yaşayan müsəlmanlar döyüşlərdə iştirak etmək üçün korpusa müraciət edir. Korpusun bölükləri əsasən xüsusi döyüş tapşırıqlarını yerinə yetirir. Korpusda Ukraynada yaşayan azərbaycanlılar da döyüşür.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Korpusun komandiri Report-a bildirib ki, şəxsi heyət hamısı Ukrayna vətəndaşlarıdırlar:

"Təcavüzkar düşmən – Rusiya Federasiyası müstəqil Ukraynanın ərazisinə hücum edib və onun ərazisinin bir hissəsini işğal edib, düşmənçilik edir, qeyri-insani metodlardan istifadə edərək ukraynalıları öldürür. Biz “Qafqaz” müsəlman korpusunun döyüşçüləri bu müharibədə Ukrayna tərəfdən döyüşməyi özümüzə borc bilirik. Çünki biz Ukrayna vətəndaşıyıq və onun ərazi bütövlüyünü, onun xalqını qorumalıyıq. Müsəlman korpusu Ukrayna müsəlmanlarını birləşdirmək və onların bu müharibədə Ukrayna tərəfdən döyüşməsinə imkan yaratmaq məqsədilə yaradılıb. Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Korpus əsasən Qafqaz millətlərindən, Qafqazdakı müxtəlif respublikalardan olan döyüşçülərdən, müsəlman ərəb və tatarlardan – bir sözlə, bu müharibədə Ukrayna tərəfdən iştirak etmək istəyən bütün müsəlmanlardan ibarətdir".
Korpus komandiri həmçinin Ukraynaya gəlib Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşənlərə müraciət edib:

"Bəlkə də bunu bilməməzlikdən, məlumatsızlıqdan edirsiz. Amma düşünmək lazımdır. Axı Rusiya hərəkətləri ilə çoxlu bədbəxtlik gətirir, Ukrayna xalqına qarşı, bir növ, soyqırımı həyata keçirir və siz də buna vasitəçi olursunuz. Düşünün bu barədə. Axı sizlər ləyaqətli əcdadlarınızın nəslinin davamçılarısınız. Əcdadlarınız isə əsrlər boyu Rusiya ilə döyüşüblər. Ukrayna tərəfə keçib bu müharibədə Ukraynaya kömək edə bilmirsinizsə, heç olmasa, kənara çəkilin, qıraqda qalın. Ən azı dualarınızla bizə kömək ola bilərsiniz. Əminik ki, bu dualar eşidiləcək. Çünki bu dualar məzlumlardan yanadır. Allah isə məzlumları köməksiz buraxmır. Ədalətin tərəfində durun", - deyə o əlavə edib.

Korpusun fəaliyyət dairəsi bütün döyüş gedən ərazilərdə xüsusi tapşırıqlar üzrə həyata keçirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az