Sabahın havası açıqlandı - Temperatur yüksəlir

Sabahın havası açıqlandı - Temperatur yüksəlir

Bakıda və Abşeron yarımadasında mayın 14-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az