“Rusiyanın növbəti hücumu bu istiqamətdən ola bilər”

“Rusiyanın növbəti hücumu bu istiqamətdən ola bilər”

Rusiya Moldovanın Dnestryanı bölgəsindən Ukraynaya hücum edə bilər.

Mediainfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dnestryanıdan hücum ola bilər. Orada yaşayan insanların yüz faizi Rusiyanın nəzarətindədir. Orada həm yerli, həm rusiyalı hərbçilər var. Eyni zamanda, orada həm Rusiya, həm Moldova, həm də Dnestryanının saxta pasportlarını daşıyan insanlar yaşayırlar. Təsəvvür edin, bir insanın üç pasportu bir adam. Düzünü desəm, orada sivilizasiya yoxdur, xaos var”, - Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, Dnestryanıda 15 minə qədər hərbi qüvvə ola bilər. Bununla belə, Zelenski həmin qüvvələrin əməliyyatlara hazır olmadığını deyib.

Ukrayna prezidenti söyləyib ki, Dnestryanı bölgənin Rusiya ilə sərhədi yoxdur, ona görə də separatçılar yalnız havadan əlavə hərbi dəstək ala bilərlər.

Zelenskinin sözlərinə görə, Dnestryanı bölgədəki hərbi qüvvələrdən qorxmadıqlarını bildirib: “Bundan çox da qorxmuruq, çünki bildiyimizə görə, 15 min nəfərdən yalnız 3 min nəfəri döyüşə bilir. Orada böyük təhlükə görmürük”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az