Rusiyanın İsveçrədə 6,3 milyard dolları dondurulub

Rusiyanın İsveçrədə 6,3 milyard dolları dondurulub

Avropa Birliyinin sanksiyaları çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin həcmi hazırda 6,3 milyard ABŞ dolları təşkil edir.

Mediainfo.az xəbər verir ki, bu barədə Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinger deyib.

"Aprelin 7-nə Rusiya Federasiyasının dondurulmuş vəsaitlərinin həcmi təxminən 7,5 milyard ABŞ dollarına çatırdı. Sonra daha 2,2 milyard dollarlıq aktivlər bloklanıb. Lakin ardından İsveçrə hökuməti daha əvvəl preventiv qaydada dondurulmuş 3,4 milyard dollarlıq vəsaiti məhdudiyyətlərdən çıxarıb. Hazırda Aİ-nin sanksiyaları ilə Rusiyanın fiziki və hüquqi şəxslərinin konfederasiya tərəfindən bloklanan aktivlərin ümumi məbləği təxminən 6,3 milyard dollar təşkil edir", - E.Bollinger qeyd edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az