Ruslara qan udduran "Azov" alayı: Onlar kimdir?

Ruslara qan udduran "Azov" alayı: Onlar kimdir?

79 gündür davam edən Rusiya-Ukrayna müharibəsinin ən böyük qəhrəmanları, sözsüz ki, “Azov” alayıdır. Adını hər gün eşitdiyimiz, şücaətləri ilə dünyada məşhurlaşmış “Azov”çular kimdir?

"Azov" xüsusi təyinatlılar dəstəsi – Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bir bölmədir.

O, 2014-cü ilin may ayında Mariupoldakı könüllülərdən ibarət olub. İlkin olaraq Ukrayna DİN-in xüsusi təyinatlı post patrul xidmətinin bölməsi kimi yaradılıb və 2014-cü ilin sentyabrında alaya çevrilib. Həmin ilin noyabrında isə Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub.

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin devrilməsində də “Azov”çular iştirak edib. Keçmiş dövlət başçısının Urzufdakı iqamətgahı alayın əsas bazası və qərargahına çevrilib.

2014-cü ilin iyun ayının sonunda batalyonun üzvlərinin sayı 500 nəfərə çatıb.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə xüsusi fərqlənib.

“Azovstal” zavoduna sığınan alay bu gün də rus işğalçılarına göz açdırmır.

Hazırda alayın komandiri mayor Denis Prokopenkodur. “Azov”çuların sayı təxminən 1500 nəfərdir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az