İsveç və Finlandiyanın NATO-ya üzv olmasına Türkiyə vetosu...NATO nə edəcəyini bilmir

İsveç və Finlandiyanın NATO-ya üzv olmasına Türkiyə vetosu...NATO nə edəcəyini bilmir

“Soyuq müharibə”dən bəri neytrallıq siyasətini davam etdirən İsveç və Finlandiya indi Rusiya təhlükəsi səbəbindən NATO-ya üzv olmaq istəyir. Rusiyanın Ukraynaya təcavüzündən sonra iki ölkə NATO-nun qapısını döyməyə başlayıb. Amma Türkiyə iki ölkənin PKK terror təşkilatına dəstək verdiyi üçün NATO üzvlüyünə qarşı çıxır. Xüsusilə İsveç Avropada PKK terrorçularının məskunlaşdığı əsas mərkəzlərdən biridir.

Mediainfo.az xəbər verir ki, PKK-ya verdiyi dəstək İsveçin üzvlüyünə ən böyük maneə ola bilər.

PKK həm maliyyəçisi, həm də ən böyük dəstəkçilərindən biri olan İsveç üçün də “milli təhlükəsizlik problemi”nə çevrilib. İsveç hazırda NATO üzvü Türkiyənin vetosundan necə yan keçməyi müzakirə edir. ABŞ, Avropa Birliyi və NATO da Türkiyəni razı salmaq üçün hərəkətə keçib.

Ötən axşam Xarici işlər naziri Mövlud Çavuşoğlunun isveçli və fin həmkarları Ann Linda və Pekka Haavisto ilə keçirdiyi üçtərəfli görüşündə PKK və onun Suriya uzantısı PYD/YPG-yə verilən dəstək əsas gündəm mövzusu olub. Çavuşoğlu görüşdə Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü ilə bağlı Türkiyənin tutduğu mövqenin səbəblərini açıqlayıb.

NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından sonra açıqlama verən Çavuşoğlu deyib:

“Başda bu iki ölkənin PKK/YPG terror təşkilatları və onların üzvləri ilə görüşləri və xüsusilə İsveçin verdiyi silah yardımı olmaqla, narahat qaldığımız bütün məsələlərə niyə qarşı çıxdığımızı açıq şəkildə nümayiş etdirdik.

Əlbəttə, biz bunu topladığımız fotoşəkillər və digər sənədlərlə müttəfiqlərə çox yaxşı formada izah etdik. Onlara izah etdik ki, bu dövlətlər, eləcə də NATO üzvü olan, amma bu terror təşkilatları ilə görüşüb dəstək olan, Türkiyənin müdafiə sənayesi məhsullarına ixrac məhdudiyyətlər qoyan ölkələr öz mövqelərindən əl çəkməlidirlər, bu, müttəfiqlik ruhuna ziddir”.

Ann Linda isə görüşdən sonra danışıqlarda razılığa gələ bilmədiklərini deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az