“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır” - Keçmiş nazir

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır” - Keçmiş nazir

Ermənistan və Azərbaycan rəsmilərinin yenidən sərhəd məsələsini müzakirə edəcəyi gözlənir. Bəs Bakı ilə Yerevan ümumi sərhədlərini razılaşdıranda Ermənistan Qarabağa getmək üçün Azərbaycandan icazə almağa razılaşacaqmı?

Mediainfo.az-ın verdiyi xəbərə görə, Vaşinqtonda siyasi şərhçi Pol Qobl deyir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı əsas məqam elə budur, bunu həll etmək mümkün olsa, sülh də olacaq:

“Tamamilə mümkündür ki, Bakı və Yerevan sərhədlərin 95 faizi ilə bağlı razılığa gəlsinlər. Sual bundan ibarətdir ki, Ermənistan Laçın dəhlizi ərazisindən keçən sərhədi tanıyacaqmı? Qəbul edəcəkmi ki, bu Azərbaycan ərazisidir və sərhədi keçən hər kəs Azərbaycan sərhədçiləri tərəfindən yoxlanacaq. Azərbaycanın indi təkid etdiyi budur. Əgər Ermənistan bunu qəbul etməsə, onda Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması olmayacaq. Çünki Qarabağ həmin sərhəd xəttinin arxasındadır. Məncə, Ermənistan bunu etməyəcək və onda da yekun sülh müqaviləsi mümkün olmayacaq”.

Elə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülqarov da deyir ki, özlüyündə sərhədlər məsələsi texniki məsələdir, əsas məsələ odur ki, Ermənistan Azərbaycana ərazi iddiasından əl çəksin.

O deyir ki, Ermənistanın yeni açıqladığı altı bəndlik təklifdən elə görünür ki, rəsmi Yerevan Azərbaycanın ərazi bütövlüyü tanımır, çünki 3-cü bənddə deyilir ki, Qarabağın yekun statusunun müəyyən edilməsi prinsipial məsələdir, halbuki Azərbaycan status məsələsini qapanmış sayır: “Onlar hələ də sülhməramlıların ərazisində silahlı qüvvələrini saxlamaq istəyirlər”.

Amma ki, Yerevanda siyasi şərhçi Boris Novosardyan deyir ki, Qarabağda yaşayan ermənilərin taleyi Ermənistan üçün mühümdür, ona görə də Yerevanın bu məsələdən geri çəkiləcəyini gözləmək doğru olmazdı. O ki qaldı sərhədlərin müəyyənləşməsinə, Boris Novosardyan da deyir ki, delimitasiya və demarkasiya uzun çəkə bilər, amma baza prinsiplər razılaşdırıldıqdan sonra sülh prosesi sürətlənəcək:

“Mən Ermənistan rəsmilərinin adından danışa bilmərəm, amma şəxsi fikrim budur ki, sərhəd elə yerdən keçməlidir ki, sərhədyanı toqquşmaların qarşısı maksimum alınsın. Məsələn, mümkündür ki, hazırkı sərhəd gərginlikləri Ermənistan və Azərbaycan arasında olan yeni toqquşma ocaqları yaratsın. Delimitasiya və demarkasiya məsələsində bunu nəzərə almaq lazımdır”.

Bakıda keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə deyir ki, indiki halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımamış Azərbaycan sərhədlərdə razılaşsa, bu gələcəkdə Azərbaycana təzyiqləri artıra bilər.

2020-ci il Qarabağda 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan atəşkəs sazişi imzalasalar da, ortada hələ ki, yekun sülh müqaviləsi hələ imzalanmayıb. Ötən müddət ərzində tərəflər arasında vaxtaşırı sərhəd mübahisələri baş verir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az