"Rusiyanın Kursk vilayəti atəşə tutulub, dağıntılar var” - Qubernator

"Rusiyanın Kursk vilayəti atəşə tutulub, dağıntılar var” - Qubernator

Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətinin Alekseevka kəndi iriçaplı silahlardan atəşə tutulub, xəsarət alan olmayıb.

Mediainfo.az xəbər verir ki, bunu rus mediasına vilayətin qubernatoru Roman Starovoit bildirib.

Onun sözlərinə görə, üç ev və bir məktəb binasına ziyan dəyib.

“Bu gün səhər saatlarında sərhədyanı Qluşkovski rayonunun Alekseyevka kəndi iriçaplı silahlardan atəşə tutulub. Üç fərdi evə, onlardan birinin yaxınlığında dayanmış avtomobilə, həmçinin məktəb binasına ziyan dəyib. Xoşbəxtlikdən. İtki yoxdur. Sərhədçilərimiz cavab atəşi açıb” , - qubernator Teleqram kanalında yazıb.

Starovoit qeyd edib ki, mütəxəssislər hadisənin təfərrüatlarını yerində araşdırırlar. Alekseevka bölgədə top atəşinə tutulan ilk yaşayış məntəqəsi olub.

Kursk vilayətində terror təhlükəsinin yüksək (sarı) səviyyəsi mayın 25-dək uzadılıb. Region Ukraynanın nəzarət-buraxılış məntəqələr tərəfindən dəfələrlə atəşə tutulması qeydə alınıb. Aprelin 25-də Kursk vilayətində Rusiyanın hava hücumundan müdafiəsi Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçan aparatı vurub, mayın 8-də isə daha iki pilotsuz təyyarə vurulub. 11 may - sərhəd zonasında bir Ukrayna pilotsuz təyyarəsi zərərsizləşdirilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az