"Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil" - Ukrayna Prezident Ofisi

"Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil" - Ukrayna Prezident Ofisi

“Rusiya qoşunları Ukrayanadan çıxmalıdır”.

Mediainfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni “Minsk”in (Ukraynanın şərqindəki silahlı münaqişənin nizamlanmasına yönəlmiş kompleks tədbirlərin yerinə yetirilməsi üzrə razılaşmalar - red.) yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil”, - o bildirib.

M.Podolyak əlavə edib ki, Rusiya Ukrayna torpaqlarından hələ ki tam çıxmağa hazır deyil, danışıqlar platformasında Ukraynaya silah, pul verilməsi, Rusiyaya sanksiyalar tətbiq olunması var.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az