ABŞ-dan Türkiyəyə SENSASİON HƏDƏ: F-16 qırıcılarını...

ABŞ-dan Türkiyəyə SENSASİON HƏDƏ: F-16 qırıcılarını...

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyi təqdirdə Türkiyəni Amerika F-16-ları tədarük etməkdən imtina etməklə hədələyib.

Mediainfo.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Robert Menendez vurğulayıb ki, Türkiyənin bu addımı Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra ABŞ-ın müttəfiqi kimi etibarlılığına, eləcə də ölkənin anti-Rusiya sanksiyalarına qoşulmaq istəməməsinə səbəb olur.

Menendez Türkiyənin onlarla Amerika döyüş təyyarəsi almaq niyyətində olduğuna diqqət çəkib ki, onların satışı həm Konqresdən, həm də ABŞ Prezidenti Co Bayden administrasiyasından razılıq tələb edəcək. Komitə sədri qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarələri almaq istəyirsə, başqa cür davranmalıdır.

Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verəcəyi şərtləri açıqlayıb. Şərtlər arasında Kürdüstan Fəhlə Partiyasının (PKK) İsveç və Finlandiya tərəfindən terror təşkilatı kimi tanınması, terror hesablarının bloklanması, terrorla mübarizədə Ankara ilə əməkdaşlıq mexanizmlərinin yaradılması olub.Publika.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az