Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Rusiya Ukraynadakı müharibəni dondurmaq və Avropanı “Minsk-3” və ya “İstanbul-1” ilə razılaşmağa məcbur etməyə inandırmaqla yeni demarkasiya xətti yaratmaq istəyir.

Mediainfo.az xəbər verir ki, bunu Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin Beynəlxalq məsələlər üzrə sərd müavini Mixail Samus deyib.

Samusun sözlərinə görə, Putin, əlbəttə ki, böyük qələbə istərdi:

“O, xüsusilə Donbasda müəyyən hərbi uğurlara ümid edir və Dnestryanıdan keçməklə Krıma quru dəhliz çəkərək Odessaya da ümid yeri buraxmır. Bu, onun fikrincə, Ukraynanın dəniz və Dunayla əlaqəsi kəsilsə, faktiki olaraq quru dövlətə çevrilsə, amansız geosiyasi tsikl yaradar”.

Ekspert qeyd edib ki, Putin Avropa və Ukraynanı qışda daha çətin vəziyyətə salmaq istəyir:

“Hazırda Rusiya təbliğatının nəyə diqqət yetirdiyinə baxsanız, onlar faktiki hərbi məsələlərlə yanaşı, Avropa və ABŞ-da benzinin bahalaşmasına diqqət yetirirlər. Və deyirlər ki, bu, yalnız başlanğıcdır, çünki neft və qaza real embarqo olanda, o zaman Avropa iqtisadiyyatı sarsılacaq. Buna görə də Putin səmimi şəkildə inanır ki, qışda avropalılar onun yanına gəlib, diz üstə çöküb deyəcəklər: gəlin müharibəni donduraq, Ukraynanı dayanmağa məcbur edək”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az