Rus hərbçisinə hökm oxunacaq - Ukraynada etdiklərinə görə

Rus hərbçisinə hökm oxunacaq - Ukraynada etdiklərinə görə

Bu gün Kiyevin Solomyanski Rayon Məhkəməsi Sumı vilayətində mülki vətəndaşı öldürməkdə təqsirləndirilən rusiyalı hərbçi Vadim Şişimarin barəsində hökm oxunacaq.

Mediainfo.az xəbər verir ki, bu hökm Rusiya ordusunun hərbçisinin iştirak etdiyi və Ukrayna torpaqlarında işğalçıların vəhşilikləri, hərbi cinayətlərinin müzakirə predmeti olduğu ilk məhkəmə prosesi kimi tarixə düşəcək.

Şişimarin qəsdən adam öldürməkdə təqsirli bilinib, ona qarşı müharibə qanunlarını və adət-ənənələrini pozma (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Prokurorluq Rusiya hərbçiləri üçün bu maddə üzrə ən ağır cəza olan ömürlük həbs tələb edir.

Qurbanın arvadı işğalçıya ömürlük həbs cəzası və ya Azovstal döyüşçüləri ilə dəyişdirilməsini istəyib.

Rusiya hərbçilərinin açıq məhkəməsi mayın 18-də başlayıb. Şişimarin günahını tam etiraf edib və mayın 20-də növbəti iclasda son sözünü deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az