Şarl Mişelin bəyanatında dolaşıq ifadələr - “Rəsmi Bakı buna çoxdan razılıq verib“

Şarl Mişelin bəyanatında dolaşıq ifadələr - “Rəsmi Bakı buna çoxdan razılıq verib“

“Əsas məsələ odur ki, "hüquq və təhlükəsizlik" deyəndə hansı məqamlar nəzərdə tutulur”.

Mediainfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki son görüşünün yekunlarına toxunub.

Xatırladaq ki, Ş. Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında Qarabağ haqqında da fikirlər səsləndirib:

“Mən hər iki liderə müraciətlə vurğuladım ki, Qarabağda etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”.

Öz növbəsində, C. Əhmədli vurğulayıb:

“Birincisi, Azərbaycanda yaşayan bütün etnoslar bir ailə kimi harmoniya təşkil edir. Onların hər birinin bərabər hüquqlu olması Azərbaycan Respublikasının Konstitusiyasında öz təsbitini tapıb. Eləcə də hər bir Azərbaycan vətəndaşı öz hüquq və vəzifələrindən istifadə edir. Bu məsələdə hər hansı bir ayrı-seçkilik yoxdur.

Azərbaycan dövlətinin konseptual yanaşması bundan ibarətdir ki, sülhməramlıların müvəqqəti yerləşdiyi zonada yaşayan erməni əhalisi Azərbaycan Repsublikasının vətəndaşları olaraq Konstitusiya ilə müəyyən olunmuş bütün hüquqlara malik olmalıdır. Yəni Azərbaycanın bütün digər ərazilərində yaşayan vətəndaşlar hansı hüquqlara sahibdirsə, Qarabağ erməniləri də eyni hüquq və vəzifələrə malik olacaq”.

Siyasi şərhçinin sözlərinə görə, Ş. Mişelin bəyanatındakı “hüquq” sözü müxtəlif manipulyasiyalara rəvac verə bilər:

“Əgər söhbət Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara sahib olmaqdan gedirsə, rəsmi Bakı buna çoxdan razılıq verib. Yox, əgər söhbət Qarabağ ermənilərinin Azərbaycan ərazisində hansısa bir status altında yaşamasından gedirsə, bəli, bu qəbuledilməzdir.

Fərqli bir statusdan söhbət gedə bilməz. Birinci növbədə, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu, olmadığına görə həmin ərazidə hansısa xüsusi statusdan söhbət gedə bilməz”.

Mütəxəssis onu da vurğulayıb ki, təhlükəsizliklə bağlı məsələ də eyni mahiyyət daşıyır:

“Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə tam zəmanət verir. Onsuz da Azərbaycanın digər yerlərində erməni əhali necə yaşayırsa, Qarabağ erməniləri də eyni hüquq və azadlıqlara sahib olacaq və onların təhlükəsizliyinə Azərbaycan dövləti zəmanət verir.

Ümumiyyətlə, dövlət olaraq erməni xalqının heç bir nümayəndəsi ilə problemimiz olmayıb. Əksinə, erməni əhalisi bizə qarşı müxtəlif siyasi təbliğatların nəticəsi olaraq kin-küdurət bəsləyib. İstər Ermənistanda yaşayan ermənilər, istərsə də Qarabağda yaşayan erməni azlığı ilə hər hansı bir problemimiz, mübahisəmiz və yaxud da intriqamız yoxdur”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az