Zəngəzur düyünü: “Dəhlizin açılıb-açılmaması ikinci dərəcəli məsələdir“

Zəngəzur düyünü: “Dəhlizin açılıb-açılmaması ikinci dərəcəli məsələdir“

“Dəhliz məsələsinin birmənalı olaraq həll olunacağını deyə bilmərəm”

Mediainfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Brüssel danısıqlarından sonra Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın verdiyi açıqlamanı şərh edib.

Xatırladaq ki, Qriqoryan deyib: “Ermənistan ərazisində “dəhliz” məntiqi ilə hər hansı bir yol ola bilməz”.

Öz növbəsində, N. Miri vurğulayıb:

“Bu, təkcə Armen Qriqoryanın açıqlaması ilə bağlı olan məsələ deyil. Aİ Şurası prezidenti Şarl Mişelin açıqlamasına kommunikasiyaların blokadadan çıxarılması prosesində həm tranzit, həm də beynəlxalq daşıma prinsiplərinə uyğun olaraq müxtəlif (sərhəd, gömrük və fitosanitar) strukturların yaradılması ilə bağlı razılaşmalardan danışılır. Bu o deməkdir ki, bəzi ərazilərdə nəqliyyat vasitələri yüklər yoxlanılmadan keçəcək, bəzilərində isə, əlbəttə, gömrük və sərhəd xidməti daşınan yükləri və avtomobilləri yoxlayacaq. Bunun hansı dəhlizdə və ya yolda olacağı isə bəlli deyil”.

Siyasi şərhçinin sözlərinə görə, sərhədlərin müəyyənləşməsi prosesində Azərbaycanın Ermənistan ərazisində qalan anklavların qaytarılması da prosesdə yer alıb:

"Yəni Qazaxın 7 kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndinin də Azərbaycana qaytarılması məsələsi gündəmdədir. Sərhədin müəyyənləşməsi prosesi başqa cür tam şəkildə ola bilməz. Bu ərazilər faktiki olaraq Ermənistan tərəfindən işğal olunub".

"Əgər Zəngəzur yolu dəhliz statusunda olmayacaqsa, Laçın dəhlizini ləğv edib, Azərbaycan sərhədini sərhədçilərinin nəzarətinə vermək lazımdır. Bu məsələni uzatmağa ehtiyac da yoxdur”, - deyən N. Miri əlavə edib:

“Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməlidir. Bunun mümkün olması üçün mütləq mənada Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi başa çatmalı və paralel olaraq bu prosesə əngəl törədən erməni terror ünsürləri Azərbaycan ərazisindən çıxarılmalıdır. Ən əsas məsələlər bunlardır. Sərhədlərin müəyyənləşdirilməsi isə sırf texniki prosesdir”.

İranla razılaşdırılmış dəhlizdən danışan siyasi şərhçi bildirib:

“Kommunikasiyaların və yaxud dəhlizin açılıb-açılmaması ikinci dərəcəli məsələdir və onu həyati məsələyə çevirməyə ehtiyac yoxdur. Çünki Azərbaycanı Naxçıvan MR-ə birləşdirəcək İran dəhlizi var. Bu yoldan rahatlıqla istifadə edə bilərik. Həm dəmiryolu, həm də avtomobil yolunun çəkilməsi ilə bağlı icraat razılaşdırılıb. Bu dəhlizdən Türkiyə də rahatlıqla istifadə edə biləcək, gələcəkdə o, türk dünyasını Avropa ilə birləşdirəcək dəhliz statusu ala bilər”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az