A.Mirzoyan XİN binasını “Artsax” “bayrağı”ndan təmizləmək haqda qəti göstəriş verib…

A.Mirzoyan XİN binasını “Artsax” “bayrağı”ndan təmizləmək haqda qəti göstəriş verib…

Dünən – Ermənistan paytaxtında etirazçıların XİN binasının ətrafından çəkilməsindən sonra revanşist və irqçi xislətli ermənilər üçün gözlənilməz olay baş verib. Belə ki, aksiyaçılar sözügedən qurum binasının pəncərələri üzərinə qondarma “Artsax” sözü və onun əski parçasının əksini cızıblar. Lakin onlar çəkilməyə başladıqda XİN əməkdaşları həmin yazını qaşımağa başlayıblar.

Mediainfo.az xəbər verir ki, hadisə barədə “Hraparak” qəzeti belə yazır:

“Dünən etirazçılar Xarici İşlər Nazirliyinin binasını tərk etdikdən 5 dəqiqə sonra Xarici İşlər Nazirliyinin əməkdaşları binanın pəncərələrində yanında Artsax bayrağı “Artsax” yazısını qaşımağa başlayıblar. Azərbaycan əsgərləri də bir neçə ay əvvəl uşaqları Artsaxa aparan avtobusun üzərindəki Artsaxın bayrağının təsvirini bıçaqla sıyırmışdılar.

Əldə etdiyimiz məlumata görə, belə bir əmri nazir Ararat Mirzoyan şəxsən verib. Və vətəndaşlar şəkili qaşıyanları təhqir etməyə başlayanda ki, Artsaxın bayrağını ancaq türklər qaşıyır və bəzi media mənsubları həmin yerə tələsərək bu biabırçı mənzərəni lentə aldıqda nazirliyin müvafiq idarələrinin rəhbərləri işi müvəqqəti dayandırmağa və iş gününün sonuna saxlamağa cəhd ediblər. Lakin nazirdən buna mənfi cavab alıblar. Mirzoyan ən qısa zamanda binanı Artsax bayraqlarından təmizləmək üçün qəti göstəriş verib

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az