
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Erməni əsilli rejissor, Kremlin təbliğatçılarından biri Karen Şahnazarov “Rossiya 1”in canlı efirində Rusiyanın Ukraynadakı işğalçı əməliyyatlarının uğursuzluqla nəticələnə biləcəyinə eyham vurub.
Mediainfo.az xəbər verir ki, rejissor Rusiyanın Ukrayna məsələsini həll edərkən bir sıra məsələləri nəzərə almalı olduğunu bildirib.
“Ukrayna məsələsini yalnız hərbi yolla həll etməyə çalışsaq, bu mümkün olmayacaq. Bu, çox çətindir. Ukrayna xalqının reallıq olduğunu etiraf etməliyik. “Bu, avstro-macarlar tərəfindən icad edilib” deməməliyik. Klassikləri oxuyun - Çexovu, Qoqolu... Bəli, o, bizə yaxın bir xalqdır. Xoşumuza gəlsə də, gəlməsə də”, - Şahnazarov söyləyib.