"Putin son əsgərinə qədər döyüşəcək...- Amma Rusiya ordusu tükənir..."

"Putin son əsgərinə qədər döyüşəcək...- Amma Rusiya ordusu tükənir..."

"Bütün göstəricilərə görə, hazırda Rusiya qoşunlarının gücü tükənir..."

"Rusiyanın Ukraynaya qarşı müharibəsinə Rusiya tərəfdən bir siyasətçi - prezident Vladimir Putin rəhbərlik edir. Ona görə də Rusiya son əsgərinə qədər hücum əməliyyatlarını həyata keçirəcək".

Mediainfo.az "TSN"-ə istinadla xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov iyunun 16-da rusiyalı vəkil və hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində söyləyib.

“Fakt budur ki, heç olmasa bir vilayəti ələ keçirmədən qələbədən danışmaq olmaz. Severodonetsk niyə bu qədər vacibdir? Çünki bu, artıq hərbi deyil, siyasi tapşırıqdır. Ona görə ki, bu gün Putinin Rusiya cəmiyyətinə təqdim edəcəyi heç bir şey yoxdur. Qələbə yoxdur. Hərbi əməliyyatın heç bir vəzifəsi yerinə yetirilməyib. Hər bir xəbərin və ya hər siyasi bəyanatın həm zirvəsi, həm də enişi var. İndi isə dəstəyin azalması dalğası başlayır. Xalq suallar verməyə başlayır: “Siz dörd aydır döyüşürsünüz. Orada nə üçün döyüşürsünüz?” Ona görə də xalqa bir şey təqdim edilməlidir”, - deyə Jdanov izah edib.

Eyni zamanda, ekspert qeyd edib ki, bütün göstəricilərə görə, hazırda Rusiya qoşunlarının gücü tükənir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az