Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır-Putindən şok açıqlama

Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır-Putindən şok açıqlama

"Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır və biz ilk olaraq həlledici zərbə endirməyə hazır olmalıyıq"

"Oğlunu Putinin varisi qismində görən Patruşev Ukraynada müharibənin tezliklə bitməsində maraqlıdır"

"Prezidentin ətrafında olan elita arasında gərginliyin artması qaçılmazdır"

Rusiya prezidenti Vladimir Putin iyunun 14-də öz yaxın ətrafı ilə ünsiyyətdə olarkən nüvə silahı barədə bəyanat verib.

Mediainfo.az xəbər verir ki, bu barədə "General SVR" Telegram-kanalında məlumat yayılıb.

Müəllifin məlumatına görə, "xüsusi hərbi əməliyyat"ın perspektivlərinin müzakirəsi zamanı Putin belə bəyanatla çıxış edib:

"Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır və biz ilk olaraq həlledici zərbə endirməyə hazır olmalıyıq".

"Bu sözlər iştirakçılarda bir qədər təəccüb doğurub, çünki ətrafında olanlar belə hesab edib ki, Putin nəinki nüvə münaqişəsini, həm də nüvə ilə şantaj edilməsini gündəlikdən çıxarıb", - məlumatda belə deyilir.

Qeyd edilir ki, guya, öz oğlu Dmitrini Putinin varisi kimi görən Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev informasiya məkanına Kremlin Ukrayna ilə sülh danışıqlarına hazır olduğu barədə tezisi sızdırmağa tələsir

"Rusiya tezliklə döyüş əməliyyatlarının dayandırılmasına imkan verən siyasi-diplomatik razılaşmalara nail olmaqda maraqlıdır", - bunu Təhlükəsizlik Şurasının katibi təhlükəsizlik məsələlərinə cavabdeh olan BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət dövlətlər qrupu-red.) ölkələrinin yüksək nümayəndələrinin iclasında deyib.

"General SVR" qeyd edib ki, Nikolay Patruşev istəməz ki, Putinin varisi olacaq oğlu Ukrayna ilə müharibədə faktiki məğlub olan ölkəni təhvil alsın. Ona görə də siyasətçi Ukraynada müharibənin yaxın aylarda sona çatmasında maraqlıdır.

"Putindən fərqli olaraq, Nikolay Patruşev müharibəni batıran Baş Qərargahın və müdafiə nazirliyinin "yaramazlarının" vədlərinə deyil, həqiqətən nadir hallarda yanlışlıqlara yol verən öz idarəsinin ekspertlərinə daha çox etimad göstərir.

Patruşev prezidentin iştirakı ilə keçirilən son müşavirədə tam səfərbərliyə və hərbi vəziyyətə tərəfdar olduğunu deyib. Ya qarşıya qoyulan vəzifələr tezliklə həll edilməli, ya planlarımızın bir hissəsindən imtina etməliyik ki, Ukraynada müharibə bu ilin oktyabr-noyabr aylarında sona yetsin", - "General SVR" yazır və qeyd edir ki, Patruşevin mövqeyini onun ən yaxın dostu Yuri Kovalçuk və Putinin yaxın ətrafına daxil olan "Rosneft" neft-qaz şirkətinin baş icraçı direktoru İqor Seçin və "Vahid Rusiya" partiyasının ali şurasının büro üzvü general-polkovnik Sergey Çemezov da bölüşür.

"Prezidentin ətrafında olan elita arasında gərginliyin artması qaçılmazdır və payızın sonu-qışın əvvəlində öz pik həddinə çatacaq. Bu, hadisələrin istənilən inkişaf ssenarisində praktiki olaraq qaçılmazdır, təbii ki, bircə istisna olmaqla, bu da "prezidentin qəfləti ölümüdür", - müəllif yazır.

Xatırladaq ki, "General SVR" Telegram-kanalı, guya, çoxsaylı həbi əməliyyatlarda iştirak edən SVR-in (Xarici Kəşfiyyat Xidmətinin) sabiq generalına məxsusdur. General ictimaiyyətın çıxışı olmayan informasiyaya malikdir və onu həvəslə bölüşür. Rusiyalı politoloq Valeriy Solovyovun öz çıxışlarında bu kanalın materiallarına istinad etməsi onu xeyli populyar edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az