Boris Conson Qərbi uzunmüddətli müharibəyə hazır olmağa çağırıb

Boris Conson Qərbi uzunmüddətli müharibəyə hazır olmağa çağırıb

“Ukraynadakı münaqişə illərlə uzana bilər, lakin Qərbin Kiyevi dəstəkləmək əzmi zəifləməməlidir”.

Mediainfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson “The Sunday Times” qəzetinin saytında dərc olunmuş məqaləsində bildirib.

Britaniya hökuməti başçısının fikrincə, Rusiya hakimiyyətinin “taqətdən salma kampaniyasına əl atdığı” üçün Qərb “uzun müharibəyə hazır olmalıdır”:

“Böyük Britaniya və bizim dostlarımız Ukraynanın vəziyyətdən çıxmaq və zamanla qalib gəlmək üçün strateji gücə malik olacağına zəmanət verməklə cavab verməlidirlər”, - B.Conson yazıb.

Eyni zamanda o, Qərb dövlətlərinin Ukraynanı dəstəkləmə yollarından danışaraq ölkənin dağılmış infrastrukturunun bərpası üzrə layihələrdə iştiraka diqqət çəkib: “Biz Ukrayna dövlətinin canlılığını saxlamalıyıq. Prezident Volodimir Zelenski hökuməti maaşları ödəməli, məktəbləri saxlamalı, humanitar yardım çatdırmalı və mümkün olan yerlərdə yenidənqurma işlərinə başlamalıdır. Bunun üçün davamlı maliyyə və texniki yardım tələb olunacaq ki, biz bunu bir neçə il qabaqcada planlaşdırmalıyıq”, - Britaniyanın baş naziri bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az