Tovuzqalada Rusiya ordusu yerləşdiriləcək…-Təhlükəli gediş…

Tovuzqalada Rusiya ordusu yerləşdiriləcək…-Təhlükəli gediş…

Ermənistan ərazisindəki Rusiya hərbi bazası yeni bir yerdə də yerləşdiriləcək.

Bu haqda “Johovurd” qəzeti məlumat yayıb.

Söhbət Tavuş mərzindəki Berd şəhərindən gedir. Bundan sonra Orada da rus qoşunları olacaq. Müvafiq qərar hökumətin dünənki iclasında qəbul edilib. Söhbət hərbi bazanın yerləşdirmə məntəqələrində dəyişiklik edilməsindən gedir.

“Əsaslandırmada qeyd edilir ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi birləşmələrinin tərkibində və hərbi bazanın yerləşdiyi məntəqələrin ünvanlarında dəyişikliklər edilib.

Bu məqsədlə Ermənistan və Rusiya Rusiya hərbi birləşmələrinin tərkibinin dəyişdirilməsi nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsinə dair protokol imzalayacaqlar”, - erməni qəzeti belə yazır.

Zəruri arayış və şərh:

Hazırda “Ermənistan” adlanan qədim Azərbaycan ərazisində yerləşən Berd şəhəri – Tavuş mərzində yerləşir. Yaşayış məntəqəsinin əsl tarixi adı Tovuzqaladır.

Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında ( Emənistanın keçmiş Şəmşədil rayonunda) kənd olub. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.

Təəssüf ki, 1946-cı ildə kənd ermənicə Berd adlandırılmışdır.

Rusiya qoşunlarının Azərbaycanın Tovuz, Gəncə, Qazax, Şəmkir əraziləri ilə və qlobal kommunikasiya xəttləri, o cümlədən neft-qaz kəmərlərinin keçdiyi yaxın ərazidə yerləşdirilməsi təhlükəli perspektivdən xəbər verir...Moderator.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az