Rusiya Qazaxıstanı niyə Ukrayna ssenarisi ilə qorxudur? - Şərh

Rusiya Qazaxıstanı niyə Ukrayna ssenarisi ilə qorxudur? - Şərh

"Rusiya ilə Qazaxıstan arasında qeyri-adi heç nə baş vermir. Sankt-Peterburq görüşündə Putin və Tokayev yanaşı oturmuşdu. Tokayev öz siyasətini yürüdür. Açıq şəkildə deyir ki, Qazaxıstan Abxaziyanı, Osetiyanı və Kosovanı tanımadığı kimi Luqanks və Donets kimi "respublikaları" da tanımayacaq. Qazaxıstanın öz xarici siyasəti var və bunu da davam etdirəcək”.

Mediainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Teleqraf.com-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Qazaxıstanın izlədiyi xarici siyasət kursu Moskva-Nur-Sultan münasibətlərində gərginlik yaratmayacaq:

"Kremldə Qazaxıstan liderinin apardığı siyasəti anlayşla qəbul edirlər".

Bununla belə Araz Əlizadə Sankt-Peterburq görüşündən sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Qazaxıstanı təhdid etməsinə ciddi yanaşmadığını bildirib:

“Zatulin düzgün siyasətçi deyil. Ağzına gələni danışır. Sözdür, deyir, məncə, Rusiya siyasətində Zatulin aparıcı fiqur deyil. Hesab edirəm ki, onun fikirlərinə ciddi yanaşmaq lazım deyil. Əsas məsələ odur ki, Rusiya rəhbərləri Tokayevi tanıyır, onun hansı siyasət apardığını bilir. Bu iki ölkə arasında münasibətlərə xələl gətirilməsi yolverilməzdir”.

Məlumat üçün qeyd edək ki, Qazaxıstan Prezidenti Tokayevin Sankt-Peterburqda keçirilən forumda Ukraynadakı separatçı rejimləri tanımayacağını elan etməsi iki ölkə arasında əlaqələrə təsir edib. Rusiya ötən gün Qazaxıstan neftinin Novorossiysk limanından ixracını dayandırıb. Qazaxıstan isə buna cavab olaraq Rusiyaya daş kömürünün ixracatının qarşısını kəsib. Hazırda iki ölkə arasında gərginlik müşahidə olunur. Rusiyanın bəzi siyasətçiləri və jurnalistləri Qazaxıstanı Ukrayna ssenarisi ilə “qorxudurlar”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az