Putin hansı dostuna arxayındır?

Putin hansı dostuna arxayındır?

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı apardığı işğalçı müharibədə müttəfiq qazana bilməyib. Onun hərbi əməliyyatda yeganə müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkodur ki, o da ordusunun Ukraynaya müdaxiləsindən çəkinir. Çünki bu müharibənin ədalətsiz olduğunu Lukaşenko da daxilən anlayır, sadəcə səsini çıxarmağa qorxur. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Ukrayna müharibəsində Rusiyadan məsafə saxlayır. Putinin böyük dövlətlərdən əsas ümidi Çinədir.

Buna baxmayaraq, Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumda Pekinin siyasətindən danışarkən ehtiyalı cümlələr işlədib: “Rusiya hesab etmir ki, Çin hər bir məsələdə bizimlə həmrəy olmalıdır. Çinlə əməkdaşlıq həm maraqlı, həm də faydalıdır. Aramızda dostluq əlaqələri var. Buna baxmayaraq, böyük dövlət olan Çinin fərqli maraqları ola bilər və Pekin bu maraqlar əsasında siyasət yürüdür. Çin lideri Tsi Sinpinlə dostluq münasibətlərimiz mövcuddur”.

Putin bununla demək istəyib ki, Kreml Çinin bəzən fərqli addımlarından narahat deyil. Pekin Kremllə sıx əməkdaşlığına davam etsə də, Çinin böyük şirkətləri Qərb sanksiyalarına görə Rusiya ilə əməkdaşlıqda ehtiyatlıdırlar. Görünür, Putin bunu nəzərdə tutub. Ancaq Rusiya prezidenti çıxışında həm də onu deyib ki, iki dövlət arasında ticarət mübadiləsi ildən ilə artır və bunu Kreml müsbət qiymətləndirir. Putin Çini tərifləməyi də unutmayıb: “Çoxqütblü danyaya doğru gedirik və bu dünyada Çin iqtisadi liderdir”. Bununla Putin Çinin iqtisadi baxımdan Rusiyadan da güclü dövlət olduğunu etiraf edib.

Putin “balans pozulmasın” deyən çıxışında Hindistanı da xatırladıb: “Hindistanda 1 milyard 300 milyon insan yaşayır. Bu böyük potensialdır. Hindistanın baş naziri Narendra Modi proqressiv siyasətçidir”. Putinin Hindistanı tərifləməsinə baxmayaraq, Dehli ABŞ-ın formalaşdırdığı dördlü – ABŞ, Avtstraliya və Yaponiya blokunda yer alıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az