"Əsas hədəfimiz ABŞ-ın Kiyevdəki səfirliyi olmalıdır..." - Ruslar QƏZƏBLƏNİB

"Əsas hədəfimiz ABŞ-ın Kiyevdəki səfirliyi olmalıdır..." - Ruslar QƏZƏBLƏNİB

Dövlət Dumasında ABŞ-ın Kiyevdəki səfirliyinə zərbə endirmək təklif edilib

ABŞ yaylım atəşli reaktiv sistemləri tədarük etməklə addım-addım üçüncü dünya müharibəsinə irəliləyir.

Mediainfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə üzrə Komitə sədrinin müavini Yuri Şvıtkin "Lenta.ru" nəşrinə müsahibəsində deyib.

O, Ukraynaya yaylım atəşli reaktiv sistemlərin (YARS) tədarükünə görə Kiyevdəki ABŞ səfirliyinə zərbə endirməyi təklif edib.

Xəbər verdiyimiz kimi, bu gün Ukraynaya ABŞ-ın ilk HIMARS sistemləri gətirilib. Bu barədə Ukraynanın müdafiə naziri məlumat verib.

"Mənim amerikalı həmkarım və dostum Lloyd Ostin bu güclü alətlərə görə çox sağ olsun", - nazir özünün "Twitter" səhifəsində yazıb. - Bu yay rusiyalı işğalçılar üçün "qaynar", bəziləri üçün isə sonuncu yay olacaq"..

Rusiya Dövlət Dumasının deputatı Şvıtkinin fikrincə isə, ABŞ-ın Ukraynaya yaylım atəşli reaktiv sistemlərinin tədarükü münaqişənin inkişafına güclü təsir göstərə bilər.

"Bu, bir daha ABŞ-ın addım-addım üçüncü dünya müharibəsinə doğru irəliləməsini göstərir", - Yuri Şvıtkin buna əmindir. - Anlamaq lazımdır ki, biz buna sərt münasibət göstərməliyik. Zənnimcə, bu gün silah tədarük edən ölkələrə də belə münasibət sərgiləməliyik. Söhbət təkcə infrastrukturu və s. dağıtmaqdan getmir. Mən hesab edirəm ki, qərar qəbulunun əsas mərkəzi ABŞ səfirliyi olmalıdır. Düşünürəm ki, tez və ya gec bu, Rusiyanın Silahlı Qüvvələri, DXR və LXR xalq polisi üçün hədəf olacaqdır. Mənim mövqeyim belədir-Kiyevdə hökumət məhəlləsini, müvafiq nöqtələri məhv etmək lazımdır. Bəli, bu iş Müdafiə Nazirliyi tərəfindən görülür, lakin daha güclü zərbələr endirmək lazımdır".

Deputat qeyd edib ki, Amerikanın yaylım artəşli reaktiv sistemlərinin uçuş məsafəsi böyükdür, təxminən 190 km təşkil edir.

"Bu elə uçuş məsafəsidir ki, ölkəmizin ərazisinə çatmağa imkan verir, -Şvıtkin vurğulayıb. - Baxmayaraq ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a and içib ki, Rusiya ərazisinə zərbələr endirməyəcək, ona qətiyyən inanmaq olmaz".

Yuri Şvıtkin məlumat verib ki, Rusiya Silahlı Qüvvələri Amerikanın YARS sistemlərini dəf etmək üçün müvafiq silah növlərinə malikdir.

"Anlamaq lazımdır ki, HIMARS sistemlərinin altı mərmisi və ya bir operativ-taktiki raketi var, - deputat izah edib. - Bu zaman taktiki-texniki xüsusiyyətləri nəzərə alsaq, bizim elə sistemlərimiz var ki, üç dəfə artıq müvafiq mərmiləri var. Bizim hava hücumundan müdafiə və radioelektron mübarizə sistemimiz var ki, onlar ətəş nöqtəsinin özünü məhv edə bilər. "Uraqan" və "Smerç" silahlarını rahatca HIMARS sistemlərinə qarşı qoymaq mümkündür.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az