İki son tarix: Rusiya müharibəni nə vaxt bitirəcək? – Kəşfiyyatçıdan şok iddia

İki son tarix: Rusiya müharibəni nə vaxt bitirəcək? – Kəşfiyyatçıdan şok iddia

Rusiyanın ölkəmizə qarşı müharibəsinin son tarixi Ukraynanın müqavimətindən və Qərbin köməyindən asılıdır.

Mediainfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Son tarixdən danışırıqsa, bu, bizim müqavimətimizdən, Ukrayna Müdafiə Qüvvələrinin bacarığından, düşməni dayandırmaqda, onların hücumunu ləngitməkdə və qarşıya qoyduqları məqsədlərin reallaşmasının önlənməsində bizə göstəriləcək köməkdən asılı olacaq”, - kəşfiyyatçı bildirib.

Skibitski söyləyib ki, Rusiyanın məqsədi bütün Donetsk və Luqanska nəzarəti ələ keçirməkdir. İkinci istiqamət Xersondur.

“Demək olar ki, Xerson vilayətini tamamilə ələ keçiriblər, indi nə edəcəklərini düşünürlər. İlk tarix nə vaxtdır? Sentyabrın 11-i - Rusiyada səsvermə günü olacaq. Məhz həmin gün işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi üçün “referendum” və ya digər tədbirlər, yaxud “Xerson Xalq Respublikası” kimi kvazidövlətlərin yaradılması və ya Krıma birləşdirilməsi məsələsi qaldırıla bilər”, - kəşfiyyatçı vurğulayıb.

Onun sözlərinə görə, hazırda Rusiyanın siyasi texnoloqları bütün bunların üzərində işləyirlər, Ukrayna ərazilərinin, sosial vəziyyətin və ümumilikdə bu ərazilərlə nə etməli - inteqrasiya olunub-olunmaması ilə bağlı fəal araşdırma aparılır:

“Bu, dilemmadır. Amma ilk tarix 11 sentyabrdır. İndi fəal müzakirə olunan növbəti mümkün tarix bu ilin dekabrın 30-dur. Həmin tarixdə Sovet İttifaqının yaradılmasından 100 il keçəcək. Amma bütün sonrakı gəlişmələr rusların uğurlarından asılı olacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az