Rusiya raket zərbələrini niyə artırıb? - General Putinin iki məqsədini açıqladı

Rusiya raket zərbələrini niyə artırıb? - General Putinin iki məqsədini açıqladı

Son zamanlar Rusiya Ukrayna şəhərlərinə raketlə bombardmanlarını gücləndirib.

Mediainfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri qaş qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko bunun bir neçə səbəbinin olduğunu deyib.

Onun fikrincə, Rusiya bununla həm Ukraynanın müttəfiqlərinə, həm də ölkənin özünə - rəhbərliyinə təzyiqləri artırır.

“Daxili amilə gəlincə, bu, Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və kapitulyasiya danışıqlarına keçməyə məcbur etmək üçün onlara mənəvi-psixoloji təsirdir”, - general qeyd edib.

Generalın iddiasına görə, Rusiya bu cür danışıqlarda Ukrayna ərazisinin 20 faizinin işğalını legitmləşdirmək istəyir.

Romanenko hesab edir ki, Rusiyanın raket zərbələrinin artmasının bu yaxınlarda keçirilən NATO və G7 sammitləri ilə də əlaqəsi var:

“Bu günlərdə “Böyük Yeddilər” və NATO-nun sammiti keçirildi. Putin də bundan istifadə edərək belə bir mesaj vermək istədi: “Baxın, mən güclüyəm, hər cür imkanlarım var və onlardan istifadə etməyi bacarıram. Nəticə çıxarın, təzyiq göstərin. Ukrayna ilə bağlı və düzgün qərarlar qəbul edin”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az