Laçın şəhəri yeni toqquşmaya səbəb olacaq? - “...itkilər olacaq” - ŞOK İDDİA

Laçın şəhəri yeni toqquşmaya səbəb olacaq? - “...itkilər olacaq” - ŞOK İDDİA

Laçın şəhəri, Sos və Zabux kəndləri ətrafında vəziyyət yeni toqquşmaya səbəb ola bilər.

Mediainfo.az xəbər verir ki, bu iddianı Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan səsləndirib.

Abramyanın fikirincə, 10 noyabr razılaşmasında Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsindən sonra Zabux və Sos kəndlərinin Azərbaycana təhvil veriləcəyi qeydi yoxdur: "Ermənistan tərəfi bundan istifadə etməli və Laçın şəhərində, eləcə də bu iki kənddə "erməni icması"nın qalmasına çalışmalıdır. Lakin bunu ehtiyatla etməliyik, çünki vəziyyət yeni toqquşma həddindədir".

Onun sözlərinə görə, Azərbaycan sona qədər gedəcək və yeni yolun istifadəsindən sonra bu ərazilərə nəzarəti bərpa etmək üçün hər şey edəcək.

"Yeni toqquşma baş verərsə, itkilər qaçılmaz olacaq. Ermənistan tərəfi ehtiyatlı olmalıdır", - Abramyan çağırış edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az