Blinkenlə Lavrovun telefon danışığından nə gözləmək olar?

Blinkenlə Lavrovun telefon danışığından nə gözləmək olar?

Rusiya ABŞ dövlət katibi Entoni Blinken və xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı Vaşinqtonun təklifini təsdiqləyib. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays cümə axşamı brifinqdə bildirib. Onun sözlərinə görə, Vaşinqton yaxın günlərdə telefon danışığını gözləyir.

Mediainfo.az xəbər verir ki, söhbətin mövzusu ilə bağlı Turan-ın sualına cavab olaraq Prays deyib ki, Blinken Rusiyada əsassız saxlanılan Amerika vətəndaşları Britni Qriner və Pol Uilanın azad edilməsi üçün Vaşinqtonun Moskvaya etdiyi "təklif"ə Lavrovdan cavab almaq niyyətindədir.

O qeyd edib ki, təklif bir neçə həftə ərzində Rusiyaya "dəfələrlə" və "birbaşa" edilib ki, bu da Moskvanın "konstruktiv qərar qəbul etmədiyini" düşünməyə əsas verir.

Prays vurğulayıb ki, söhbət Ukraynaya qarşı təcavüz davam etdiyi müddətdə söhbət Rusiya ilə münasibətlərin normallaşmasından getmir.

"Hələlik Rusiyanın hazırda konstruktiv dialoqda və diplomatiyada maraqlı olduğunun heç bir əlamətini görmürəm. “Rusiya diplomatik və konstruktiv dialoqa hazır olana qədər" Vaşinqton Ukraynanı dəstəkləməkdə davam edəcək”, - Prays deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az