Zelenski Putinlə bağlı dəhşətli nəticəyə gəlib: "O, adekvatdır və nə etdiyini anlayır..."

Zelenski Putinlə bağlı dəhşətli nəticəyə gəlib: "O, adekvatdır və nə etdiyini anlayır..."

"Dünya birliyi Rusiya prezidenti Vladumir Putin kimi təcavüzkarın meydana çıxmasına imkan verib". Ukrayna lideri Vladimir Zelenski bu fikri britaniyalı jurnalist Pirs Morqana müsahibəsində səsləndirib.

Mediainfo.az xəbər verir ki, bu barədə "Qordoniya" qəzeti məlumat yayıb.

"Aydındır ki, Putin bu müharibədə bizim əsas düşmənimizdir. Ən dəhşətlisi odur ki, mənə elə gəlir ki, o, adekvatdır və nə etdiyini anlayır.

Mən hesab edirəm ki, mənim gələ biləcəyim ən dəhşətli nəticə budur: o, nə etdiyini anlayır, nə qədər insanı qətlə yetirdiyini, nə qədər adamın və kim tərəfindən zorlandığını və nə qədər böyük sayda uşaqların qətlə yetirildiyini və deportasiya edildiyini bilir", - Zelenski deyib.

Onun sözlərinə görə, dünya belə bir adamın, kimsəyə qarşı münasibətdə belə siyasət, belə mahiyyət sərgiləyən adamın inkişafına imkan verib və bu, əvvəllər Rusiyaya münasibətdə aparılan siyasətin nəticəsidir.

"İlk növbədə, bu, bütün dünya üçün böyük yanlışlıqdır. Ona imkan verilib. Bu, demokratiya deyil. Mən istəyirəm ki, məsələləri qarışdırmayaq. Mən bilirəm ki, bəzi liderlər deyir: "Biz nə etməli idik? Bu, demokratiyadır". Amma bu, demokratiya deyil", - o, əlavə edib.

Hər şeydən göründüyü kimi, Zelenski dünya birliyinin Rusiyanın hərəkətlərinə münasibətini-Krımın ilhaqına və Donbas separatçılarına dəstəyini nəzərdə tutub.

Bu yarımadanın ələ keçirilməsinə görə sanksiyaların tətbiq edilməsinə rəğmən, dünya liderləri son məqamadək Rusiyanın Çeçenistanda, Gürcüstanda, Moldovada, Suriyada və Ukraynada aqressiv davranışı ilə barışıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az