Sərxoş Medvedev ağzına gələni danışaraq Qazaxıstanı və Gürcüstanı təhdid etdi

Sərxoş Medvedev ağzına gələni danışaraq Qazaxıstanı və Gürcüstanı təhdid etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə ağlına gələni danışıb. Son aylar içkidən demək olar başı ayılmayan sərxoş Medvedev yenə də sağa-sola təhdidlər yağdırıb.

Mediainfo.az xəbər verir ki. təhdid mesajlarını "Vkontakte" hesabında paylaşan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ayıldıqdan sonra irihəcmli statusunu silsə də, onun fikirlərini əks etdirən skrin-şotlar artıq dünya mediasını bəzəyir.

“Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq” - deyə, Medvedev bildirib.

Ardınca Medvedev Gürcüstanın indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradıldığını yazıb.

O, növbəti dəfə Qazaxıstanı təhdid edib. Belə ki, Qazaxıstanı "süni dövlət" adlandıran Rusiya Təhlükəsizlik Şurasının sədr müavini o qədər sərxoş olub ki, bu ölkənin ərazisində ilk dəfə rusların məskunlaşdığını iddia edib.

“Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”, - Medvedev sonradan sildiyi yazısında bildirib.Azpolitika.info

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az