Krım körpüsü dağıdılır, ruslar Kiyevə zərbə endirir - Yeni ssenari

Krım körpüsü dağıdılır, ruslar Kiyevə zərbə endirir - Yeni ssenari

"Krım körpüsünü dağıtmaq üçün mürəkkəb və çoxvektorlu əməliyyat tələb olunacaq, bir uzunmənzilli ATACMS raketinin buraxılması problemi həll etməyəcək".

Mediainfo.az xəbər verir ki, bunu "Conflict Intelligence Team"-in tədqiqatçısı Kirilo Mıxaylov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu pilotsuz uçuş aparatlarından, aviasiyadan, bəlkə də təxribat və kəşfiyyat qruplarından istifadə etməli olacaq: "Bu məsələni həll etmək olar və orada uzaqmənzilli raketlər aparıcı rol oynamalıdır. Amma bu, təəssüf ki, düyməni basmaq körpünü dağıtmaqdan qat-qat çətindir".

Mixaylov vurğulayıb ki, Rusiyanın hava hücumundan müdafiəsi bəzi HIMARS raketlərini vura bilər: məsələn, beşdən birini. Bununla belə, GMLRS raketlərinə qarşı gücsüzdür:

"Ona görə də sabah Ukrayna ATACMS alsa belə, ilk növbədə Rusiyanın hava hücumundan müdafiəsini məhv etmək və zərərsizləşdirmək lazım gələcək. GMLRS raketləri buna qadirdir. Biz Rusiyanın S-300 batareyasının məhv edilməsini, radiolokasiya stansiyalarının zərərləşdirildiyini görmüşük. Elektron müharibə vasitələrini də həmçinin. Ona görə də Rusiyanın hava hücumundan müdafiəsini zərərsizləşdirmək – bəlkə də ATACMS tipli ballistik raketlərin istifadəsi üçün ilkin şərtdir”.

Ukrayna rəsmisi Aleksiy Arestoviç bildirib ki, Krım körpüsünü “Boyk qüllələri”nin taleyi gözləyir. Rusiya isə Krım körpüsünün dağıdılacağı təqdirdə Kiyevi dəhşətli hücumla hədələyir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az