Səfirliyə hücumda İran izi: “Özü Qumda, “ardıcılları” Londonda...” - İddia

Səfirliyə hücumda İran izi: “Özü Qumda, “ardıcılları” Londonda...” - İddia

“Hüseyn Şirazi hazırda İranda, Qum şəhərində yaşayır, “ardıcılları” isə Londonda Azərbaycan səfirliyinə hücum çəkirlər”.

Mediainfo.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum ətrafında baş verən gəlişmələrə diqqət çəkib:

“Böyük Britaniyada “Khoddam Al Mehdi” (“Mehdinin Xidmətçiləri”) LTD (Məhdud Məsuliyyətli Cəmiyyət) kimi qeydiyyatdan keçən radikal dini qruplaşmanın Azərbaycanın Londondakı səfirliyinə hücumundan sonra sosial şəbəkələrdə aparılan müzakirələrdə sifarişin cənubdan gəlməsi barədə mülahizələr üstünlük təşkil etsə də, ən qısa zamanda molla rejiminin muzdlu-muzdsuz “aftafaları” ən müxtəlif fərziyyələrlə bunun əksini sübuta yetimək üçün yarışa çıxdılar. Şübhəsiz ki, küyə gedənlər, özünü bilgili göstərməyə çalışanlar da oldu. Arqumentlər, istinad mənbələri isə hər zaman olduğu kimi nədən ibarət oldu? Əlbəttə ki, açıq mənbələrdə yer alan ala-yarımçıq məlumatlardan.

Sən demə “Mehdinin nökərləri” molla rejiminin xidmətçiləri deyilmiş, hətta İran hakimiyyətinə müxalif mövqedən çıxış edirlərmiş və daha neçə-neçə “mış, muş, müş”lərmiş. Bu sıraya sözügedən qruplaşmanın 2018-ci ilin martında İran səfirliyinə “yumşaqvari” hücumu barədə deyilən və yazılanları da əlavə etsək, o zaman “molla rejiminin “qüsl” edilməsi prosesi təntənəli şəkildə izitirmə nəticəsinə varır” deyə bilərəm.

Bu vikipediya “araşdırmaçı”larından heç biri, hətta qıpqırmızı rəngi belə palitranın bütün çalarlarında təqdim etməyi bacaranlar da “Mehdinin nökərləri”nin İran səfirliyinə hansı səbəbdən “hücum” etdiklərinin fərqinə varmayıblar, yaxud varmaq istəməyiblər”

Elçin Mirzəbəyli əlavə edib:

“Məsələ budur ki, “Khoddam Al Mehdi” qruplaşmasının üzvləri İranda (guya) “Vilayəti-Fəqih”in əleyhdarlarından biri kimi tanınan böyük ayətullah Sadiq Şirazinin ardıcıllarıdır. Bəzi iranbaşlıların təbirincə desək, Sadiq Şirazini təqlid edirlər.

İran səfirliyinin qarşısında keçirilən aksiyanın da məqsədi böyük ayətullah Sadiq Şirazinin oğlu ayətullah Hüseyn Şirazinin Qum şəhərindəki həbsi ilə bağlı idi. Onu da qeyd edim ki, ayətullah Hüseyn Şirazinin cəmi 13 gün həbsdə qalması, sözügedən şəxsin timsalında İran rejiminə qondarma müxalifət yaradılması istiqamətində mollakratiyanın çoxsaylı cəhdlərindən biri kimi də qiymətləndirilə bilər. Gerçəklik isə ondan ibarətdir ki, ayətullah Seyid Hüseyn əl-Hüseyni əl-Şirazi, yəni Hüseyn Şirazi hazırda İranda, həmin Qum şəhərində yaşayır, “ardıcılları” isə Londonda Azərbaycan səfirliyinə hücum çəkirlər. İndi nəticəni özünüz çıxarın.

“Khoddam Al Mehdi” təşkilatının Britaniyada LTD (MMC) kimi qeydiyyatdan keçdiyini demişdim. Əlavə edim ki, qrup üzvləri və MMC-nin rəhbərləri fəal bizneslə də məşğul olurlar. “Fədək” (Fadak Satellite Channel) adlı telekanalları, market və restoran şəbəkələri var. Bildiyim qədər Azərbaycanda da eyniadlı restoran və market şəbəkəsi fəaliyyət göstərir. Bu iki şəbəkənin bir-biri ilə hansısa bağlılığının olduğunu, yaxud olmadığını dəqiqləşdirmək isə mənim imkanım daxilində deyil”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az