Bu adam Bakıda radikal dinçiləri toplayır – Bəs MTN niyə onlar barədə tədbir görmür?

Bu adam Bakıda radikal dinçiləri toplayır – Bəs MTN niyə onlar barədə tədbir görmür?

Ölkə əhalisinin böyük hissəsi belə hesab edir ki, Azərbaycanda dini radikal qrupların əl-qol açmasında əsas günahkar hüquq mühafizə orqanları, o cümlədən dövlətin təhlükəsizliyinə cavabdeh olan MTN-dir. Adı çəkilən qurumların dini radikal qrupların nazı ilə oynaması, onlara qarşı ciddi tədbirlər görməməsi Azərbaycanın təhlükəsizliyini şübhə altında qoymaqdadır...Məhz adları çəkilən qurumların ciddi addımlar atmaması Nardaran hadisələrinə və hüseynçilərin, o cümlədən İran kəşfiyyatının ölkəmizdə əl-qol aşmasına gətirib çıxardığı ehtimal edilir.

Buna misal kimi Azərbaycanda xəvariclərin, radikalların lideri kimi tanınan Əlixan Musayevin yenidən Bakıda, Azərbaycanın bölgələrində özü kimi xəvaric, təkfirçi fikirli insanları ətrafına toplayıb, onlara dərs keçməsini göstərmək olar.

Bu sözləri Axar.az-a ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov deyib.

O bildirib ki, Ə.Musayev radikal qruplar yaratmağa çalışır:

“Radikal, xəvaric, dövlətimizə, millətimizə “kafir” deyən, Qarabağda şəhidlərimizə dil uzadan nə qədər terrorçu fikirli varsa, hamısını bir yerə toplayır. Həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də müxtəlif ilahiyatçılar onun radikal çağırışları ilə bağlı bəyanat yaymışdılar.

Mən özüm də belə bir bəyanat yaymışdım ki, onun haqqında ölçü götürülsün. Təəssüf ki, bütün bunlar ona dərs olmayıb. Yenə də radikal çağırışlarına sərt şəkildə davam edir. Aidiyyəti qurumların ölçü götürməsini arzu edərdik”, - Ə.Həsənov deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az