Laçındakı ermənilər hara köçürülür? – “Qoy, hardan gəliblərsə, ora da getsinlər...”

Laçındakı ermənilər hara köçürülür? – “Qoy, hardan gəliblərsə, ora da getsinlər...”

“Mən Ermənistan mətbuatını izlədim; onların əksəriyyəti Ermənistana qayıtmaq istəyir”.

Mediainfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisinin sabiq deputatı, siyasi şərhçi Cümşüd Nuriyev deyib. O, Laçın və Zabuxdan köçən ermənilərin növbəti mərhələdə hara gedəcəkləri, habelə onların sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayıb-yaşamayacaqları barəsində gedən mülahizələrə münasibət bildirib.

C. Nuriyevin sözlərinə görə, ilk növbədə, onlar ərazilərimizdə qeyri-qanuni yerləşdirilib:

“Onların içərisində Suriya, Livan və İraqdan gələn ermənilər də var. İkincisi də, bağlanmış üçtərəfli razılaşmaya görə, Azərbaycan tərəfi öz öhdəliklərini yerinə yetirib və artıq bir neçə gündür ki, Ermənistan tərəfi də yolun özünə aid olan 12 km-lik hissəsində çəkilişə başlayıb. Ona görə də ərazi boşaldılmalıdır.

Həmçinin, nə qədər ki Laçın koridoru rus sülhməramlılarının nəzarətindədir, onlar oradan gəlib-gedən silahlılara heç bir nəzarət etmək istəməyəcək. Hətta bəzi vaxtlarda edə də bilmirlər. Amma indi burada elədir ki, yeni yol kifayət qədər açıq ərazidən keçir. Eləcə də Azərbaycan ordusu oraya nəzarəti tam şəkildə həyata keçirə bilir. Nəzərə alsaq ki, Xankəndinə qədər Laçın dəhlizi üzərindəki bütün yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir, deməli, bu da bizim üçün çox əhəmiyyətli olan bir şeydir”.

Ermənilərin ərazidən çıxmaq istəmədikləri faktına toxunan müsahibimiz söyləyib:

“Bunların Zabuxdan çıxmaq istəməməsinin səbəbi də sadədir: kənd çox gözəl yerdə yerləşir. Bunlar o qədər xəstə bir millətdir ki, 30 il Laçında yaşayan adamlar deyir ki, biz yüzillərdir burada yaşamışıq və bizi buradan çıxara bilməzsiniz.

Lakin bir şey var ki, Azərbaycanın atdığı bu addım, artıq həqiqətən də Qarabağda yaşayan ermənilərin daxilində çox güclü bir vəlvələyə səbəb olub. Azərbaycan ordusunun sonuncu “Qisas” antiterror əməliyyatından sonra ermənilər Azərbaycan ordusunun gücünü və iradəsini gördü. Fikir verirsinizsə, sosial şəbəkələrdə ermənilərin Azərbaycan Prezidentinə Azərbaycan vətəndaşlığı almaq istəməkləri ilə bağlı olan müraciətləri də artıb”.

Eks-deputat əlavə edib ki, Laçından çıxan ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər olsa, Azərbaycan onları öz ərazisində yerləşdirə bilər və burada heç bir problem yoxdur:

“Amma bu, onların problemidir. Çünki Ermənistanda onları yerləşdirməyə heç bir imkan yoxdur. Xankəndidə də elə böyük imkanlar mövcud deyil.

Bildiyiniz kimi, sülhməramlıların nəzarəti altında olan bölgələrdə Laçından və digər ərazilərdən köçən erməniləri yerləşdirmək üçün heç bir şərait yoxdur. Orada özünü öldürsə-öldürsə 20-25 min erməni yerləşə bilər, ya yox. Qalan bütün rəqəmlərin hamısı isə yalandır və Qarabağı tanıyanlar bunu çox gözəl bilir”.

“Ona görə də bu, artıq onların problemi olacaq. Özləri bilər; hara gedirlərsə, getsinlər. Onları biz dəvət etməmişdik ki?! Çoxu da heç nə Ermənistan vətəndaşıdır, nə də Qarabağ ermənisi. İndi qoy, haradan gəliblərsə, oraya da getsinlər. Bu, Azərbaycanın “qırmızı xətti”dir və onlar Azərbaycan dövlətinin iradəsini yerinə yetirməyə məcburdurlar və bunu da edəcəklər”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az