Kreml “Bayraktar” zavoduna zərbə endirməklə təhdid etdi

Kreml “Bayraktar” zavoduna zərbə endirməklə təhdid etdi

Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun yaradılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Mediainfo.az xəbər verir ki, Kreml rəsmisi həmin zavod yaradılacağı halda Ukraynanı ora zərbə endirməklə təhdid edib:

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az