Türkiyə Ukraynada “Bayraktar” zavodu tikməkdən imtina etdi

Türkiyə Ukraynada “Bayraktar” zavodu tikməkdən imtina etdi

Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bir neçə gün əvvəl mediaya açıqlamasında bildirib ki, Türkiyə və Ukrayna “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib, sənədlər ratifikasiya üçün parlamentə göndərilib. Səfirin sözlərinə görə, Ukraynada “Bayraktar” zavodunun inşa edilməsi üçün torpaq sahəsini alınıb, habelə zavodun smeta layihəsi də hazırlanıb.

Mediainfo.az xəbər verir ki, ukraynalı diplomatın açıqlamasına Kreml dərhal reaksiya verib. Belə ki, Rusiya Prezidentinin sözçüsü Dmirti Peskov cavabında qəti şəkildə vurğulayıb ki, Türkiyə belə bir addım atarsa, Rusiya həmin zavoda zərbə vuracaq.

“Ukraynada “Bayraktar” Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək. Bu, çox güman, yalnız ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədi olan şeydən yayına bilməyəcək”, - Peskov çıxışında qeyd edib.

“Bayraktar” qalmaqalına Türkiyənin münasibəti necədir?

Bu barədə Modern.az-ın sualını cavablandıran Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş ölkəsinin Ukryanada “Bayraktar” zavodu tikməyəcəyini bəyan edib:

“Hazırda Türkiyə hansısa ölkə ilə ortaq “Bayraktar” istehsal etmək niyyətində deyil. Bu gün Rusiya və Ukrayna arasında müharibə davam edir. Ona görə də iki münaqişəli ölkəyə Türkiyə tərəfindən yardım olunmur. Çünki Türkiyənin bu addımı ölkələr arasında münaqişənin daha da artmasına səbəb ola bilər. Amma daha əvvəl Ukraynaya verilmiş “Bayraktar”lar hələ də müharibədə istifadə edilir. Bu vəziyyətdə ya Rusiya, ya da Ukrayna istəsə Türkiyə heç nə şey verməz. Bu gün Türkiyənin həyata keçirmək istədiyi siyasət barışdır, Ankara iki ölkədən birinə silah verib, nifaq salmaq istəmir”.

Türkiyəli general Ukraynanın Ankaradakı səfirinin “Bayraktar”la bağlı açıqlamasına da aydınlıq gətirib:

“Ukraynanın Türkiyədəki səfiri bəzən məsuliyyətindən kənarda olan bəzi fikirləri səsləndirir. Amma Türkiyə diqqətli hərəkət edir. Biz sadəcə istəyirik ki, ölkələr arasında sülh olsun. Türkiyənin “Bayraktar”la bağlı siyasəti hər kəsə bəllidir. Ona görə də Türkiyənin müharibə edən tərəflərə silah vermək niyyəti yoxdur”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az