"Çoxları Putinin Medvedevi zorladığından şübhələnib, amma mən şam tutmamışam..."

"Çoxları Putinin Medvedevi zorladığından şübhələnib, amma mən şam tutmamışam..."

"Putin ən azından bi-seksualdır, Medvedevi deyə bilmərəm..."

"Hər kəsin necə yaşamaslı və kiminlə yaşaması onun şəxsi işidir..."

"Mən Dövlət Dumasında seksual azlıqların əsas müdafiəçisi olmuşam..."

"Rusiyanın gey-lobbisi bu homofob şüarları ən ucadan səsləndirənlərdir..."

Rusiyanın siyasi elitasında homoseksualların zorakılığı ən təsirli və mütəşəkkil lobbidir.

Mediainfo.az xəbər verir ki, bu fikri"QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının sabiq deputatı, biznesmen İlya Ponomaryov səsləndirib.

Onun fikrinə görə, Rusiyanın gey-lobbisi "bu homofob şüarları hamıdan ucadan səsləndirir".

"Onlar bu mənfi rəyi daha da çox yayır, öz tərəfinə çəkmək istəyir. Putin onlardan başlıcasıdır. Bu, onun dzüdo prinsipidir: rəqibin hücumundan öz xeyrinə istifadə etmək", - rusiyalı biznesmen bəyan edib.

Ponomaryov iddia edir ki, Putin "ən azından bi-seksualdır". Sabiq prezident və sabiq baş nazir Dmitri Medvedev barəsində onda məlumat yoxdur.

"Medvedevi deyə bilmərəm. Yəni bir çox insanlar Putinin sakit bir küncdə onu zorladığından şübhələnib. Bu da gerçəkdən loyallıq amilidir. Amma deyə bilmərəm...Birbaşa deyim, mən şam tutmamışam", - Ponomaryov izah edib.

Dövlət Dumasının sabiq deputatı təsdiq edib ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, RLDP-nin mərhum lideri Vladimir Jirinovski, sabiq baş nazir Viktor Zubkov, "Qazprom"-un direktorlar şurasının sədri Aleksey Miller, Dövlət Dumasının büdcə komitəsinin sədri Andrey Makarov da geydir. Amma "Rusiyanın Əmanət Bankının idarə heyətinin sədri German Qref gey deyil.

"Qref yox, o BDSM-çidir (seksual azlıqlar), amma homoseksual deyil. Hər kəsin öz mövqeyi olmaq hüququ var. Bunu anlamaq lazımdır. Mənə bir neçə dəfə deyiblər: "Sən seksual oriyentasiyadan danışırsan..." Mən, ümumiyyətlə, Dövlət Dumasında seksual azlıqların əsas müdafiəçisi olmuşam. Mən yeganə adamam ki, nəinki Krımın əleyhinə səs vermişəm, mən gey-təbliğat haqqında qanunu dəstəkləməmişəm. Mən hesab edirəm ki, hər bir kəsin necə yaşaması və kiminlə yaşaması onun şəxsi işidir", - Ponomaryov deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az