“Belə davam edərsə, geniş miqyaslı hərbi əməliyyatlar...”

“Belə davam edərsə, geniş miqyaslı hərbi əməliyyatlar...”

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən erməni silahlı birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması göstərir ki, sülh və təhlükəsizliyin təmin olunması üçün mütləq şəkildə bu birləşmələr ləğv edilməlidir. Əgər, mütəmadi hallar davam edəcəksə, geniş miqyaslı hərbi əməliyyatlarla silahlı erməni birləşmələri məhv edilə bilər".

Mediainfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, Qarabağda proseslər yekunlaşacaq:

"Azərbaycan üçün əsas prinsipial məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyevin tarixi Zəngəzurun da daxil olduğu xəritəni paylaşması son aylarda İranın Azərbaycana qarşı bu aspektdən tədbirlərinə ciddi mesajdır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq və bu istiqamətdə Azərbaycanı heç bir qüvvə geri addım atmağa məcbur edə bilməz.

Qeyd edim ki, Türkiyə müdafiə nazirinin rəhbərliyi ilə geniş hərbi generalitet Azərbaycana səfər edəcək. Zəngəzur dəhlizinin açılması və bu kontekstdə məsələlər iki qardaş dövlət üçün əsas strateji ortaqdır".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az