
Tanınmayan "Luqansk xalq respublikası"nın baş prokuroru həlak edilib...
Xersonda rusiyalı məmur kabinetinə 5 "HIMARS"-ın düşdüyündən danışıb...
Bu gün Rusiyanın işğal etdiyi ərazilərdə bir neçə partlayış baş verib.
Xerson vilayəti hərbi-mülki administrasiyasının yerləşdiyi məhkəmə binasına raket zərbəsi endirilib.
Mediainfo.azxəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi məlumar yayıb.
İşğalçı administrasiya rəhbərinin müavini Kirill Stremousovun sözlərinə görə, onun kabinetinə birbaşa 5 "HIMARS" düşüb.
"RİA Novosti" agentliyi bina üzərindən tüstü qalxdığını göstərən video dərc edib.
Dəqiqləşdirilib ki, zərərçəkənlər var, hadisə yerinə "təcili yardım" maşınları gedib.
Daha bir partlayış Luqanskda tanınmayan "LXR"-in baş prokurorluğunun binasında baş verib.
Bu barədə "İnterfaks" agentliyi "LXR"- in xalq milisi nümayəndəsi Andrey Maroçkoya istinadən məlumat verib.
Məmurun məlumatına görə, qurbanlar var, "LXR"-in baş prokuroru zərər çəkib, binanın 3-cü mərtəbəsi zədələnib, idarənin əməkdaşları təxliyə edilib, hadisə yerində FHN işləyir.
Sonradan məlumat verilib ki, tanınmayan "LXR"-in baş prokuroru Sergey Qorenko aldığı yaralardan həlak olub.