AŞPA rəhbərliyində Rusiya AGENTLƏRİ : Pedro Aqramunt da "QRU"ya işləyirmiş - QALMAQAL

AŞPA rəhbərliyində  Rusiya AGENTLƏRİ : Pedro Aqramunt da "QRU"ya işləyirmiş - QALMAQAL

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks, assambleyanın bir neçə əvvəlki sədri və keçmiş baş katib Rusiya hərbi kəşfiyyatının (QRU) maraqları sferasında olub.

Oxuməni.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun yaydığı məlumatda deyilir Koksun bu vəzifəyə seçilməsinə bir neçə il ərzində QRU-nun əməkdaşı tərəfindən lobbiçilik edilib. Bu barədə "Dosye" mərkəzi və "EUobserver" nəşrinin araşdırmasında deyilir.

Koks Hollandiyadan olan senatordur. O, Rusiyanın Ukraynaya hücumundan sonra, yanvarın sonunda sədr vəzifəsinə keçib. Araşdırmada Koks rusiyayönlü siyasətçi adlandırılır. Qeyd olunur ki, o, Rusiya nümayəndə heyətinə səlahiyyətlərinin qaytarılmasını dəstəkləyib.

Həmçinin o da vurğulanır ki, Krımın ilhaqı və Donbasdakı separatçıları dəstəklədiyinə görə səsvermə hüququndan məhrum edilən Rusiya nümayəndə heyətinin AŞPA sessiyalarında iştirakını Koks müdafiə edib.

Araşdırmaçıların fikrincə, Koksun AŞPA-ya sədr seçilməsi ideyası 2017-ci ilin yayından gec olmayaraq Moskvada yaranıb.

Rene van der Linden

"Dosye"nin araşdırmasında iddia olunur ki, AŞPA-nın əvvəlki sədri, 2017-ci ildə Rusiya nümayəndə heyəti ilə Suriyaya səfər edən və sonra istefaya məcbur edilən ispanyalı Pedro Aqramunt, onun sələfi, hollandiyalı Rene van der Linden və təşkilatın keçmiş baş katibi fransalı Bruno Aller də özlərini Kremlin təsir şəbəkəsində tapdılar.

Araşdırmaçıların iddiasına görə, adı çəkilən şəbəkənin əsas koordinatoru Valeri Levitski olub. Yazıda o da qeyd olunur ki, Rusiyanın Strasburqdakı baş konsulu olmuş V. Levitski 2018-ci ilin aprelində, Böyük Britaniyada keçmiş rus kəşfiyyatçı Sergey Skripal və qızına qarşı sui-qəsd cəhdindən az sonra QRU agenti kimi Fransadan qovulub.

İndi onun Rusiya Dövlət Dumasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışdığı qeyd edilir. Qovulmasını şərh edən Levitski kəşfiyyatda iştirakını inkar edib.

"Dosye" yazır ki, Krımın ilhaqından əvvəl də Rusiya hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin (AİH) qərarlarına tabe olmamağın - o cümlədən YuKOS-un keçmiş səhmdarlarına təzminat ödəməməyin yollarını axtarıb.

“Sənədlərdən göründüyü kimi, bu prosesdə başqa bir vasitə Kremlin Avropa Şurasının siyasətinə daxildən təsir etmək cəhdləri olub – xüsusən də gizli şəkildə ən yüksək səviyyədə əməkdaşlığa cəlb etməklə”, – deyə jurnalistlər qeyd edirlər.

Araşdırmaçıların fikrincə, 2014-cü ildə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə məhdudiyyətlər tətbiq edildikdən qısa müddət sonra Levitski Koksun qeyd olunduğu “AŞPA əlaqələrinin siyahısı” nı tərtib edib. Koksun AŞPA sədrliyinə namizədliyini irəli sürmək ideyasının da ilk dəfə məhz Levitskidən gəldiyi bildirilir.

“Dosye” nin materialına görə, bu, AŞPA-nın keçmiş baş katibi Bruno Aller ilə görüş zamanı baş verib. Araşdırmaçılara görə, görünür o da Rusiya tərəfi ilə də əməkdaşlıq edib.

Araşdırmaçıların fikirincə, van der Lindenin rolunun ən açıq nümunəsi Levitskinin 2017-ci ildə hazırladığı hesabatla bağlı ola bilər. Beləki həmin hesabatda Levitski Rusiya nümayəndə heyəti ilə birgə Suriyaya səfərinə görə qalmaqalın mərkəzində olan Pedro Aqramuntu xilas etmək planını açıqlayıb.

Pedro Aqramunt

Levitskinin sözlərinə görə, Aqramuntun müddətinin başa çatmasına kömək etmək üçün nizamnamənin şərhi üçün Avropa Şurası yanında konstitusiya hüququ üzrə məsləhətçi orqan olan Venesiya Komissiyasına müraciət etmək lazımdır. Belə olanda Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi yubanacaq və o, vəzifəsində daha çox qala biləcək. Levitskinin fikrinə görə, Rene van der Linden bu planı Koksa çatdırmalı, o isə icraata nail olmalı idi.

"Dosye"nin qeyd etdiyinə görə, sanksiyaların ləğvi üzərində işləməkdən əlavə, Koks özü rus siyasətçilərinə qeyri-rəsmi görüşlər də təklif edib. Məsələn, 2017-ci ilin dekabrında o, Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinin, o cümlədən Liberal Demokrat Partiyasının hazırkı rəhbəri Leonid Slutskinin AŞPA Prezident Komitəsinin Parisdə keçiriləcək iclasına dəvət olunmasını təmin edib.

Araşdırmaçıların qənaətincə, AŞPA kəşfiyyat və mənbələrin ələ alınması üçün ideal yer olaraq qalır. Nəşr yazır ki, 46 ölkədən parlamentarilər buraya toplaşır və bu o deməkdir ki, AŞPA-da əldə olunan təsir asanlıqla yayılır.

"Dosye" həmçinin belə nəticəyə gəlir ki, Rusiyanın Avropa Şurasından kənarlaşdırılmasına baxmayaraq məsələ araşdırılmadıqca qurumun əsas üzvlərinin Kreml və QRU ilə gizli əlaqələri ilə bağlı vəziyyət dəyişməz qalır.

Tini Koks "EUobserver" ilə söhbətində Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəsini inkar edib. Koks Ukrayna məsələsində Moskvaya qarşı sərt mövqe tutur. AŞPA onun rəhbərliyi altında Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı tövsiyə qəbul edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az