“Pullu rusların Bakıya qaçması müsbət haldır”

“Pullu rusların Bakıya qaçması müsbət haldır”

Xəbər verildiyi kimi, Rusiyada Prezident Vladimir Putin tərəfindən elan edilən qismən səfərbərliyin ardından ruslar ölkədən qaçmağa başlayıblar. Bəs görəsən, ruslar kütləvi şəkildə qonşu ölkə olan Azərbaycana üz tutsalar, bu ölkə bizim ölkənin iqtisadiyyatına necə təsir göstərəcək?

Mediainfo.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Yenisabah.az-a bildirib ki, ilkin mərhələdə rusların Bakıya üz tutması müsbət haldır:

“Səfərbərliyin elan edilməsi səbəbindən rus vətəndaşlarının ölkəni tərk etməyə çalışması təbiidir. Bu gözləniləndir, çünki hər kəs bilir ki, Rusiya hansı torpaqlarda müharibə aparır. İnsanlar orada döyüşmək istəmirlər, bu aydın məsələdir. O ki, qaldı bu məsələnin iqtisadi təsirlərinə zatən müharibə Rusiya iqtisadiyyatına çox ciddi təsir göstərib. Təsirlər rəsmi təsdiq edilmiş rəqəmlərdən dəfələrlə artıqdır.

Rusların ölkəni tərk edərək Bakıya üz tutmalarına gəldikdə isə burada bir məsələ var, səfərbərliyin ilkin mərhələsində Bakıya üz tutan rusların sayı müəyyən həddə qədər Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlər yarada bilər. Çünki birinci mərhələdə maddi cəhətdən yuxarı səviyyəli olan vətəndaşlar bura üz tutacaqlar və bu da təbii olaraq müəyyən miqdarda pul vəsaitlərinin, yəni istər mənzillərin qiymətində, kirayə bazarında, istərsə də iqtisadiyyatın digər sahələrində pul dövriyyəsini, iqtisadi aktivliyi artıra bilər. Yəni pullu rusların Bakı şəhərinə daxil olması müsbət haldır”.

İqtisadçının sözlərinə görə, bu gəliş kütləvi hal alarsa, ruslar Azərbaycan iqtisadiyyatına heç bir fayda verməyəcək:

“Səfərbərliyin həcmi artdıqca və müharibənin fəsadları çoxaldıqca, rusların Rusiyadan qaçışı kütləvi hal alacaq, o zaman daha aztəminatlı insanlar müxtəlif yollarla ölkəni tərk edərək Bakıya üz tutacaq.

Bu zaman iqtisadi dividentdən digər sosial problemlərin yaranmasına şərait yarana bilər. Yəni müəyyən həcmdə, müəyyən miqdarda cibində, kartında pul olan şəxslərin ölkəyə gəlməsi müsbət divident gətirir, amma bu kütləvi hal aldıqda, bir növ qaçqın statusuna yaxın insanların müharibədən qaçıb gəlib Bakıda iş axtarması ölkə iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az