Lukaşenko: "Belarusun daxili işlərinə kənar müdaxilələr var"

Lukaşenko: "Belarusun daxili işlərinə kənar müdaxilələr var"

Belarusda prezident seçkiləri ərəfəsində ölkənin daxili işlərinə kənar müdaxilələr var.

Mediainfo.az BELTA-ya istinadla xəbər verir ki, bu sözləri Prezident Aleksandr Lukaşenko bu gün kadr islahatları ilə bağlı qərarlarını şərh edərkən söyləyib.

Ölkədəki mövcud vəziyyətdən danışan A.Lukaşenko qeyd edib ki, internet saytlarında feyk xəbərlərlə hakimiyyəti nüfuzdan salmaq istəyirlər. Prezident bəzən belə saxta məlumatlardan təəccübləndiyini qeyd edib. "Bu gün mənə məlumat verildi ki, guya İsveçrədəki oğlumdan birinin 840 milyon dollar pulu var. Diplomatik kanallar vasitəsilə məktub göndərin: kim bu pulu almaq istəyir, qoy dərhal götürsün”, deyə dövlət başçısı əlavə edib.

Belarus Prezidenti bu cür məlumatların sadəcə saxtalaşdırıldığına diqqət çəkərək bildirib ki, bank sənədlərindən anlayışı olmayan insanlar bu cür feyk xəbərlərə inanırlar. Bu cür yalan məlumatlar daim olacaq, bu cür hallara qarşı mübarizə aparmalıyıq.

Prezident qeyd edib ki, opponentləri ədalətli seçkinin keçirilməsini istəyirlər, lakin özlərini ədalətli aparmırlar. Bu cür qüvvələri xarici ölkələrdən idarə edənlər var.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.03

2020.07.02

2020.07.01

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az