
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
İndiyədək Moldovada koronavirusdan 25 tibb işçisi vəfat edib.
Mediainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, Moldovada koronavirusa ilk yoluxma qeydə alınan mart ayından bu günə qədər 2300 tibb işçisi koronavirusa yoluxub. Onların 581-i həkim, 27-si əczaçı, 915-i tibbi assistent, 117-si feldşer, 660-ı isə sanitardır. Yoluxanlardan 25 nəfər vəfat edib.
Qeyd edək ki, Moldovada indiyədək ümumilikdə 15078 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 502 nəfər vəfat edib.
Mediainfo.az