İran Müdafiə Nazirliyinin bazalarının birinin yaxınlığında partlayış baş verib

İran Müdafiə Nazirliyinin bazalarının birinin yaxınlığında partlayış baş verib

İranın paytaxtı Tehranda güclü partlayış baş verib.

Mediainfo.az xəbər verir ki, partlayış Tehranın şərqində, İran Müdafiə Nazirliyinin bazalarının birinin yaxınlığında meydana gəlib.

Nazirliyin nümayəndəsi Davud Abdinin verdiyi məlumata görə, partlayış nəticəsində güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. İran Müdafiə Nazirliyi partlayışın bazanın yaxınlığında yerləşən qaz çənində baş verdiyini və nazirliyin bazasına aid olmadığını açıqlayıb.

İnsident zamanı, həmçinin xəsarət və ölüm hallarının olmadığı da qeyd edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.03

2020.07.02

2020.07.01

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az