Vyanada PKK təxribatına Türkiyədən reaksiya

Vyanada PKK təxribatına Türkiyədən reaksiya

PKK tərəfdarlarının nümayişləri terrorla mübarizədə göstərilən qeyri-səmimiliyin yeni təzahürüdür.

Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə terror təşkilatlarına qarşı uğurlu əməliyyatlar aparır:

“Ancaq Avstriyanın paytaxtı Vyanada keçirilən nümayişlər vasitəsilə PKK-nın təbliğatına icazə verilməsi, terror təşkilatının simvollarının istifadəsinə göz yumulması və ölkəmizin hədəf alınması yolverilməzdir. PKK-ya dəstək üçün göstərilən bu kimi səylər faydasızdır”.

Açıqlamada Avstriyada təhlükəsizlik qüvvələrinin Türkiyə vətəndaşlarına qarşı göstərdiyi şiddətə görə də Ankaranın narahat olduğu bildirilib:

“Narahatlığımızı dilə gətirmək üçün Avstriyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə dəvət ediləcək”.

Qeyd edək ki, Vyanada PKK tərəfdarlarının Türkiyənin ünvanına səsləndirdiyi təqhirlərə görə qarşıdurma yaşanıb. Avstriya polisi isə hadisədə 20-yə yaxın türkü təqsirli bilərək, onlara müxtəlif inzibati cəzalar tətbiq edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az