
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Bütün dünyada içməli su azalır. İqlimşünaslar növbəti 30 ildə içməli su ilə bağlı güclü kəsrin olacağını proqnozlaşdırırlar.
Mediainfo.az xəbər verir ki, bunu “350.org” beynəlxalq ekologiya qeyri-hökumət təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə icraçı direktoru Svetlana Romanko deyib. O, Ukraynada içməli suyun qənaətli sərfiyyatı ilə bağlı böyük problemlərin olduğunu, ona görə də Kiyevin 2050-ci ildən sonra içməli su idxal etməyə başlayacağını deyib:
“Qarşıda yeni anlayış – iqlim qaçqınları yaranacaq. BMT-nin məlumatına görə, 2050-ci ilə qədər dünyada bu cür insanların sayı 250 milyon nəfər olacaq. Gələcəkdə su, resurs və yaxşı iqlimli ərazilər uğrunda müharibələr olacaq”.
Mediainfo.az