MAR-da rus muzdluları olan vaqnerçilər öldürülüb, bir nəfər əsir götürülüb

MAR-da rus muzdluları olan vaqnerçilər öldürülüb, bir nəfər əsir götürülüb

Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin bir neçə döyüşçüsü öldürülüb, biri isə Mərkəzi Afrika Respublikasındakı qiyamçılar tərəfindən əsir götürülüb.

Oxuməni.az xəbər verir ki, bu məlumatı "Corbeau News" portalı yayıb. Məlumata görə, rus muzdlular Kombele kəndi yaxınlığında 10 fevralda ələ keçiriliblər. Muzdluların Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, əslən azərbaycanlı olan məşhur jurnalist Orxan Camalın qətlindən sonra "Vaqner"in döyüşçülərinin MAR-da olması məsələsi aktuallaşsa da, bu fakt təkzib edilmişdi. Camalın ölümündən sonra Rusiyanın müxalif jurnalistləri "Vaqner"in MAR-da hökuməti müdafiə etdiyi və əvəzində əlvan metalların çıxarıldığı mədənin işlənilməsini həyata keçirdiyini bildirmişdilər.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az