Zəngəzurdan keçən 21 kilometrlik yol Azərbaycana veriləcək

Zəngəzurdan keçən 21 kilometrlik yol Azərbaycana veriləcək

Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini Azərbaycana təhvil verəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, məsələ ilə bağlı Bakı və Yerevan arasında müvafiq razılıq əldə edilib.

"Sənəddə bu barədə açıq yazılmasa da, ikitərəfli razılaşmaya görə, yolun bu hissəsi Azərbaycan və Ermənistan tərəfindən 3 il ərzində birgə istifadə olunmalı, Rusiya sülhməramlıları isə yolun təhlükəsizliyinə cavabdehlik daşımalıdır. Həmin 3 il ərzində Ermənistan öz ərazisində yeni yol inşa etdikdən sonra köhnə yol tam Azərbaycanın nəzarətinə keçəcək. Bu razılaşma Ermənistan baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə olunub"- deyə qəzet yazır.

Xatırladaq ki, Gorus-Zeyvə yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az