ABŞ Suriyada PKK/PYD-ni açıq şəkildə dəstəkləməyə başlayıb: Terrorçulara silah-sursat göndərilir

ABŞ Suriyada PKK/PYD-ni  açıq şəkildə dəstəkləməyə başlayıb: Terrorçulara silah-sursat göndərilir

Türkiyənin PKK tərəfindən öldürülən 13 vətəndaşının yasını tutduğu bu günlərdə ABŞ-ın yük avtomobilləri Suriyadakı PKK/PYD bölgəsinə silah daşıyır.

Oxuməni.az xəbər verir ki, ABŞ-a aid uzun yük daşıyan avtomobil karvanı Suriyanın şimal-şərqində yerləşən Qamışlı ərazisində görülüb. İraqın şimalından Suriyanın şimal hissəsinə giriş edən yük avtomobilləri ölkənin şərqindəki Deyrizorda yerləşən Əl-Ömər sahəsinə silah, qüvvə və lojistik avadanlıqlar apardığı bildirilib. Ötən gün Tvitterdə Suriyanın şimal-şərqində yerləşən Qamışlıda ABŞ-a aid ağır tonnajlı yük avtomobillərinin görüntüsü ortaya çıxıb. Rusiya mediası ABŞ hərbi karvanının Əl-Ömər neft sahəsinə silah və lojistik avadanlıqlar daşıdığını qeyd edib. Suriyanın SANA rəsmi dövlət agentliyi ilə ABŞ-ın burada işğalı gücləndirmək niyyətində olduğunu bəyan edib. Agentlik Kaseke vilayətinin cənub şərqində iki ABŞ hərbi helikopterinin El-Şəddadi bazasına endiyini, 25-dən çox hərbçi götürərək şərqə -İraq sərhədinə doğru yönəldiyini bildirib. Pentaqon sözçüsü Cohn Kirby isə ötən həftə bildirmişdi ki, ABŞ-ın Suriyada 900 hərbçisi var.

Xatırladaq ki, ABŞ-ın Suriyada PKK/PYD terrorçularına silah-sursat daşıması çox gərgin bir dövrə təsadüf edir. Türk ordusunun İraqın Qara bölgəsində keçirdiyi əməliyyat zamanı illər əvvəl PKK-nın qaçırdığı 13 türk vətəndaşını şəhid etməsi cinayətinin üstünü açıb. Bundan sonra türk ordusu daha qərarlı formada bölgədə terrorun kökünü kəsməyə başlayıb. ABŞ Dövlət Departamenti isə faktla bağlı yaydığı açıqlamasında "Əgər qətliamın PKK tərəfindən həyata keçirildiyi dəqiqləşərsə, bunu ən kəskin şəkildə qınayırıq" ifadəsini işlədib, bu da haqlı olaraq Ankarada ciddi narazılıqla qarşılanıb. Bu səbəbdən də Ankara-Vaşinqton xəttində gərginlik yaranıb, ABŞ-ın Türkiyədəki səfirliyi dərhal Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat istənilib.

Bundan sonra Ağ Ev məcbur olub ki, Ankara ilə təmasa keçib münasibətlərin gərginləşməsi istiqamətində irəliləməsinin qarşısını alsın. Ötən gün axşam saatlarında ABŞ dövlət katibi Blinken Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə yaradaraq Qaradakı qətliamın PKK tərəfindən edildiyini deməyə və Ankaraya başsağlığı verməyə məcbur olub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az